Müsəlman qadın soyundu, boşandı, tutuldu

Müsəlman qadın soyundu, boşandı, tutuldu
Maraqlı məlumatlar
10.09.2017 56
Müsəlman qadın soyundu, boşandı, tutuldu

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi əmirliyinin Apellyasiya məhkəməsi internetdəki saytlardan birində açıq-saçıq fotolarını yerləşdirmiş qadını 3 aylıq həbsə məhkum etmiş Cinayət Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
"Emirates247.com"a istinadən bildirir ki, həmin qadın bu yaxınlarda ərindən boşanmış dövlət qulluqçusudur.
Əslində, bu qadının yarıçılpaq fotolarının internetdə yayılması məhkəmənin onu ərindən boşaması və təzminatsız qoymasına səbəb olub.Ər məhkəməyə üz tutaraq intim fotolarını intimoqrafik saytlarda yerləşdirən arvadından şikayətlənmişdi.
Məhkəmə araşdırması zamanı bu qadının internetdə 9 yarıçılpaq fotosunun yayıldığı bəlli olub.Qadın ilk əvvəl bildirmişdi ki, əri sərxoş olanda mobil telefon vasitəsilə bu şəkilləri çəkib, sonra da arvadını boşamaq, uşaqlarından ayırmaq, təzminatsız və alimentsiz qoymaq üçün istifadə edib.
Lakin istintaq zamanı bəlli olanda ki, fotolarda qadın qorxmuş və ya məcbur edilən insan təsiri bağışlamır - qadın ifadəsini dəyişərək bildirib: "Ərim mənsiz darıxdığını deyərək öz şəkillərimi çəkib ona yollamığımı istəyirdi".
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!