Görmək, eşitmək, anlamaq... amma susmaq. Budurmu yaşamaq?

Görmək, eşitmək, anlamaq... amma susmaq. Budurmu yaşamaq?
Maraqlı məlumatlar
10.09.2017 43
Nəyisə dəyişmək istəmək.. Və bu dəyişikliyə gücünün heç bir vaxt yetməyəcəyini hiss etmək.. Qışqırmaq istəmək.. Və daxildən tək bir söz deyə biləcək qədər cəsarət tapa bilməmək.. Görmək və susmaq.. Eşitmək və susmag.. Anlamaq və susmaq.. Kütlənin gələcəyini özünün, qohumlarının gələcəyinə qurban vermək.. Etiraz etməmək, barışmaq, yola vermək, keçər demək.. Vicdanın səsini boğmaq, kütlənin içində yox olmaq..



"Kimsə nə zərər vurmayan sakit, başaşağı insan" anlayışına nifrət etmək.. Və hər keçən saat nifrət etdiyinə daha çox bənzəmək.. Özgədən gözləmək, gündəlik qayğılarla pərdələnmək.. Külək kimi mövqeyinin gah o səmtə, gah bu səmtə əsdiyini seyr etmək.. Bəzən qoyub getmək, olanları uzaqdan seyr etmək həvəsi.. Bəzən də sərçələr tək dimdikdə su gətirmək.. Vahid bir din altinda birləşə bilməmək.. Ən ali ədaləti görə bilmədən ədalətdən bəhs etmək.. Ana-bacısını baş açmağa vadar edən düşməni dəstəkləmək.. Rüşvətə etiraz etmək və "məcburam" deyib rüşvət vermək.. İsrafçılığa yox deyib möhtəşəm toy keçirmək, buna pullar tökmək.. Köhnəliyə qarşı çıxıb müasir görünməkçün öz dilindən imtina etmək.. "Atam ağır təbiətlidir təhsil almağa qoymayıb" demək və ər tapmaqçun efirə çıxıb elçi gözləmək.. Nə düşmənini tanımaq, nə dostunu bilmək.. Uzaqdan hay axtarıb qonşudakı hayqırtını eşitməmək.. İnsanlara nifrət etmək, mubarizəni nifrət üzərində qurmaq.. İnsanların səadəti uğrunda mübarizə apardığını unutmaq.. Uduzmaq.. Və nəhayət, beləliklə, nə bu dünyada yaşamaq, nə o dünyaya hazır olmaq.. Gendən günəş gözəldir, deyib, yüksəldikcə gözü qamaşmaq.. "Şaxta baba gerçək deyil"- uşaq ikən anlamaq.. Və böyüyüncə hey xəyallar qurmaq, hey nağıl danışmaq..



Budurmu yaşamaq?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!