İndi siz deyin bu hallar nə qədər düzgündür? (4)

İndi siz deyin bu hallar nə qədər düzgündür? (4)
Maraqlı məlumatlar
10.09.2017 5
Sual:

Yalnız Azərbaycanda "boşanmış gəlindir” ifadəsini eşitdiyimiz anda əksərimizin gözü-qaşı oynayıb, "nömrəsi var səndə???” sualını verə bilərik! Dəfələrlə eşitmişəm "gəlin" sözünün yalnış mənada anlaşıldığını... Hətta bir oğlan kiminləsə tanış olduğunu deyəndə "gəlindi???" sualının da hansı mənada verildiyini hamımız yaxşı başa düşürük... Negativ halların ən kiçik nümunəsidir bu!

İndi siz deyin bu hallar nə qədər düzgündür???



SUAL:

Uşaq vaxtı xarici kanallarda ailə boşanmalarını görəndə deyirdim aydaaa bu xaricilərdə ki, tez-tez boşanır. amma bu gün Azərbaycanda da bu halları görəndə dedim Ya biz də avropalaşmışıq, yada mən balaca olanda bunları görmürdüm, indi böyümüşəm. Çox boşanma halları məhz qadın xəyanəti üzərində olur. Reallıqla baxsaq, bu gün adicə internetdə tanışlıq saytlarında oturan nə çox evli xanımlar var. Öncələr dostluq naminə yazışan bu qadın sonra 1 dəfə dost kimi görüşüm daha sonra isə... artıq ilk addımlar beləcə formalaşır. Əlbətdə evli kişilərdə bu halda çox istifadə edir. amma nəticə etibarı ilə ailənin hər iki fərdi öz həyat yoldaşına xəyanət etmiş olur.

İndi siz deyin bu hallar nə qədər düzgündür???



SUAL:

Bir zamanlar gözəl terminlərimiz vardı. Kişi sözü, Kişi kimi duruşu, Kişi görünüşü... amma indi Qadınlaşan kişilərimiz var. Özünə bəzək düzək verib metroseksuallaşan kişilər... efirə çıxıb ona buna müəyyən sahədə ağıl verən üzdən iraq kişlər və saatlarla arvad kimi onun bunun arxasında qibət edib, söz gözdirib, birinin üstünə beşini qoyan kişilər.

Niyə bunlara başqa ad vermirlər, niyə onlarada kişi deyirlər??? Çoxmu çətindir onlar üçün cəmiyyətin kişi obrazını yerinə yetirmək?

Bİr zamanlar kişi deyəndə bu sözün arxasında böyük məsuliyyətli insan termini dururdu, indi isə kişi sözünün qabağına ƏSL kişi deyirlər.

İndi siz deyin bu hallar nə qədər düzgündür???



SUAL:

Yalnız Azərbaycanda rəhmətə getmiş insanın yas mərasimində "əşşşşşiiii canı qutardı” deyə kommentlər verilir!  Rəhmətliyin yaşadığı iqtisadi durumdan və ruhuna rəhmət diləməyə gəlmiş insanın maddi durumunun aşağı olmasından doğan bir kəlimə: "öldü, canı qutardı..."

İndi siz deyin bu hallar nə qədər düzgündür???



SUAL:

Bu gün Allah uzaq eləsin hər hansı bir ölün varsa onu basdırmaq üçün yerin olmayacaq. Qəbirstanlıqda sənə bir qiymət oxuyacaqlar ki, ölü öldü canı qurtardı amma bizim canımızı bəlaya soxdu deməyin gəlir. Bütün qəbirstanlığ sanki alınıb, indi də hissə hissə yüksək qiymətlərlə yer satılır. Bilmirsən ölünü dəfn edirsən ya ona cənnətdən yer alırsan... İnsanlar yaşayarkən rahatlıq tapmır birdə ölərkən ölüsünü basdıracaq yer tapmır.

Qəbirstanlıq hər kəsə bərabər hüquqlu olaraq paylanmalıdır. Kimisinə bir qəbir üçün stadion boyda yer kimisinə isə bu qədər pulun yoxdur get başqa qəbirstanlığa deyilməməlidir.

İndi siz deyin bu hallar nə qədər düzgündür???



SUAL:

Bu gün kiməsə deyəndə həkim işləyirəm ilk verdiyi sual, yaxşı qazanarsandır. Kimsə yaxşı həkimsənmi deyə sual vermir. Çünki hər kəs həkimlərin yaxşı pul qırdıqlarını bilir. Xəstənin göz yaşında deyil ödəyəcəyi məbləğə baxırlar. Xəstə insanın iki ümid yeri olur bir Allah bir də həkimlər. amma gəl bugün bütün xəstaxanalarda dərman və xidmətlər od qiymətinədir. Xəstənimi sağaldasan yoxsa xəstənin sahibimi bu maddiyyətdən xəstəlikmi tapsın. Bu gün hipokrat andı içmiş bir həkim üçün xəstənin olması olmamasından daha çox vacibdir. Hər yaranan xəstə hər yeni gəlir mənbəyidir.

Bu tip həkimlər xəstəni sağaldım cəmiyyətimizə yeni bir sağlam insan bəxş etməkdənsə, son model maşını dəyişməyi daha çox düşünür.

İndi siz deyin bu hallar nə qədər düzgündür???скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!