Əgər sosial şəbəkələr olmazsa...

Əgər sosial şəbəkələr olmazsa...
Maraqlı məlumatlar
10.09.2017 10
Sosial şəbəkələr insanlarla ünsiyyət saxlamaq və yeni tanışlar əldə etmək üçün əla vasitə ola bilər. Amma təəssüf ki, heç də hər kər sosial şəbəkələrdən bu məqsədlərlə istifadə etmir. Çoxları üçün sosial şəbəkələr həyat tərzinə çevrilmişdir. Onlar xəbər səhifələrini gözdən keçirir, "like” edirlər, mesaj yazırlar, bütün oyunları oynayırlar, gördükləri bütün sorğularda mütləq iştirak edirlər, nəyisə gözdən qaçırmağı isə özlərinə dərd bilirlər. Bəlkə də bu elə sizə və ya hər hansı tanışınıza xas olan əlamətlərdir? Və əgər bu belədirsə bəlkə də nəyisə dəyişmək vaxtıdır artıq. Beləliklə aşağıdakılara baxaq təsəvvür edək sosial şəbəkə xəstəliyindən qurtarsaq gündəlik həyatımızda baş verən yeniliklər nə ola bilər.



1.Beyniniz daha az "ölü” halda olacaq.

Hər dəqiqədən bir səhifələri yeniləyəndə, ona aludə olanda ətrafınıza diqqət ayırmırsınız. Artıq hər şey o həddə gəlib ki, gəzməyə çıxanda, maraqlı yerlərə gedəndə, bunlari həqiqətən də yaşamaq əvəzinə insanlar bir saniyə də gözlərini telefondan çəkmirlər. Bəzən elə olur ki, tutaq ki, bir neçə rəfiqə görüşür, hər hansı kafedə oturub vaxt keçirdirlər Bunların hərəsinin instagramda, facebookda bir-birilərini "feeling amazing with filankəs”, "feeling happy with filankəs” yazıb "tag etməklərini” gördükdə ilk öncə elə təəsürat yaranır ki bunlar həqiqətən də kafedə bir yerdə çox "happy” vaxt keçirirlər, maraqlı söhbətlərdən, bir-birilərini görməkdən mənəvi zövq alırlar. Amma onların bir-birilərini tag etdikləri anda üzlərindəki mimikanı və "feeling happy” yazısını müqayisə edəndə anlayırsan ki elə bil bu görüşün elə əsas məqsədi sadəcə instagramda, facebookda şəkil qoyub bunu hamıya bəyan etməkdən başqa bir şey deyil.



2.İşdə daha uğurlu olacaqsız.

İşdə uğur qazanmaq üçün insan daim özünü təkmilləşdirməlidir. Buna da ən azından vaxt ayırmaq lazımdır. Hərdən gün ərzində insan nə isə bir kitab oxuyacağını, mütaliə edəcəyini planlaşdırır. Və təsadüfən” bir baxım görüm facebookda nə var nə yox?” deyib 5 dəqiqə ora baş çəkmək istəyi onun tam 5 saatda facebooka başının qarışmasına çevrilir. Bu bəlkə də ali məktəbə hazırlaşan abituriyentlərin ali məktəbə daxil olmaq arzusunu puç edən əsas səbəblərdən biridir. Hər saniyə whatsappda online olmaq və ali məktəbə hazırlaşmaq, çətin məsələdir.



3.Daha faydalı işlərə vaxt ayıra bilərsiz.

Sosial şəbəkələr insanın vaxtını çox alır. Siz özünüzdən asılı olmadan hər dəfə səhifələri yeniləməklə dəhşətli vaxt itkisinə məruz qala bilərsiz. Siz bu vaxtı daha səmərəli işlərə sərf edə bilərsiz. Məsələn, bu vaxtı sizə əziz olan insanlara sərf etməklə münasibətləri da möhkəm edərsiz. Dostlarla vaxt keçirib problemləri müüvəqqəti də ols unuda bilərsiz. Özünüzü formada saxlamaq, gümrah olmaq üçün idmanla məşğul olmaq olar, bir halda ki idmanın verdiyi sağlamllığı, faydanı sosial şəbəkələr verə bilməz.



4.Sizin üçün kimin əsl dost kimin "kim” olduğunu anlaya bilərsiz.

İnternetdə dost olmaq çox maraqlı və asandır. Kiminsə şəkil və statuslarını "like” etmək, komment yazmaq bəs edir. Onların sizin şəkillərinizi, statuslarınızı "like” etməyə, "canım”, "janım”, "djanım”, " super fotko” saysız hesabsız ürəklər, öpücüklər, smayliklər qoymağa sərf etdikləri 5-10 saniyə sizdə elə aldadıcı təəsüratlar yarada bilər ki, siz onların hamısının sizinlə maraqlandığını, sizin onlar üçün dəyərli olduğunuzu düşünə bilərsiz. Həmin sosial şəbəkələrdə bir müddət olmayın onlardan bir çoxu sizin heyatınızdan sadəcə yox olacaq.



5.Onda anlayacaqsız ki "like” əslində heç bir məna daşımır.

LİKE artıq faktiki simpatiyanı əks etdirmir. Like artıq daha çox "mən sənin paylaşmanı gördüm” funksiyasının göstəricisidir. Bəziləri üçün hətta onları görmək o qədər vacibdir ki, like-ları görmədikdə depressiyaya bbelə düşə bilirlər.



6.Siz öz əlinizdə olanların qədrini biləcəksiniz və şükr etməyi bacaracaqsız.

Araşdırmalar Nəticələr onu göstərir ki, social şəbəkələrin sayəsində insanlar daha qısqanc, paxıl olublar, özlərinə əminlikləri azalıb. Kiminsə yeni telefonu, avtomobili, evi və ya başqa nəyisə bəzilərinə pis təsir edir. Bəziləri digərlərinin xoşbəxt münasibətlərini gördükdə onlarda qısqanclıq hissi oyanır. Sosial şəbəkə bəzilərinin olanlarını başqalarına nümayiş etdirmək, bununla da özləri ilə də öyünmək üçün, həmçinin də başqalarınıa olub özündə olmayanları gördükdə məyus olanlar üçün ən ideal yerdir.



7.Özünüz haqqda fikir müsbət tərəfə dəyişəcək

Araşdırmalar göstərmişdi ki, sosial şəbəkələr insanın özü haqqında tez-tez pis fikirə düşməsinə səbəb olur. Bunun üçün bir neçə səbəb var. Siz status yazırsız və onu heç kim like etmir, nə də gözlədiyiniz "Super dedin” kommentini görə bilmirsiz, bu halda özünüzə inam itir və məyus hala gəlirsiz. Şəklinizi paylaşırsız və gözlədiyiniz "gözəlsən” commentini yazan olmadığı halda özünüzü eybəcər hiss edib depressiyaya düşürsüz.



8.Anlayacaqsız ki, social şəbəkələrdə etdikləriniziN çoxu kimlərinsə sadəcə gəlirlərinin daha da artmasına istiqamətlənmiş məqsədyönlü manipulyasiyadır.

Təbii ki sizi social şəbəkələrdə sevən insanlar var, sevənlərdən də çox sizin onlar öçün heç bir əhəmiyyət kəsmədiyiniz insanlar da var. Mark Zükerberq üçün siz sadəcə onun nəhəng məlumatlar bazasında mövcud bir rəqəmsiz. Sizin vəzifəniz reklam və elanları izləmək, oyunlara külli pul xərcləmək, və varlıları daha da varlı etməkdir. Əslində sizə nə olursa internetdə bu heç kimi maraqlandırmır.



Bəs sizcə sosial şəbəkələrin gündəlik və gələcək həyatımıza təsiri daha çox müsbətdir yoxsa mənfi?

Onlar olmasa necə olar?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!