Qonaqlığa necə dəvət edilir?

Qonaqlığa necə dəvət edilir?
Maraqlı məlumatlar
10.09.2017 8
Dəvətlər şəxsən və ya yazılı olaraq edilir. Bir dəvətin necə ediləcəyi; qonaqlığın xüsusiyyətinə, qonaqların statusuna və şəxsiyyətlərinə, qonaqlıq sahibi ilə qonaqların yaxınlıq dərəcəsinə və çağırma tarixi ilə dəvət tarixi arasındakı müddətə bağlı olaraq dəyişir.



Şifahi dəvət növündə diqqət yetirilməsi lazım olan məqam odur ki, qonaqlığı açıq və dəqiq bir şəkildə ifadə edilməlidir. Həmçinin qonaqlığın xüsusiyyəti də açıqca ifadə edilməlidir ki qonaqlar arasında sonradan çaşqınlıq olmasın. (İçkiyə dəvət edilmiş bir qonağın, axşam yeməyinə dəvət edildiyini zənn etməsi kimi.)



Sözlə edilən dəvətlərin unudulma ehtimalına qarşı həmçinin bir xatırlatma kartı ilə təsdiq edilməsi də nəzakətli bir davranışdır.



Çaylar, yoldaşlar arasındakı kiçik miqyaslı yeməklər, kokteyl, qonaqlıqlar, yeməkdən sonra içki, il dönümü və ad günü şənlikləri, restoranda yemək və gəzinti kimi dəvətlər sözlə edilir. Yazılı dəvətnamə kartı şərt deyil. Ancaq çox adamın çağırılmasını düşünürsünüzsə, buna sözlə dəvət uyğun deyildir, yazılı dəvət etmənizdə fayda vardır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!