Dünyada 100 adam yaşasaydı...

Dünyada 100 adam yaşasaydı...
Maraqlı məlumatlar
10.09.2017 2
Əgər dünyada 100 adam yaşasaydı:

57 Asiyalı, 21 Avropalı, 14 Amerikalı və 8 Afrikalı, bunların 52-si qadın, 48-i kişi olacaqdı

30-u ağ adam, 70-i ağ olmayan, 30 xristian, 70 xristian olmayan, 6 adam bütün sərvətin 59%-nə sahib olacaqdı və bunların hamısı ABŞ-lı olacaqdı

80 nəfər təmirsiz evlərdə yaşayacaqdı, 70 nəfər oxuma-yazma bilməyəcəkdi, 1-i ölmək üzərə, 1-i isə anadan olmaq üzərə olacaqdı

1 nəfər kompyuter sahibi, 1 nəfər də universitet məzunu olacaqdı.



Əgər bu səhər xəstə deyil, sağlam oyanmısınızsa, hansı ki bir həftə sonrasını görə bilməyəcək insanlardan daha şanslısınız.

Bir hərb təhlükəsi ilə, işgəncəyə məruz qalmaq təhlükəsi ilə, ac qalmaq qorxusu ilə qarşı-qarşıya deyilsəniz, vəziyyətiniz 500 milyon insandan daha yaxşıdır

Həbs olmaqdan yaxud öldürülməkdən qorxmadan ibadətxanaya gedə bilirsinizsə, 3 milyard adamdan daha yaxşı şansa sahibsiniz

Soyuducuda yeyəcəyiniz yemək, üzərinizdə paltar və yata biləcəyiniz bir eviniz varsa, dünyadakı insanların 75%-dən daha zənginsiniz.

Bankda və cibinizdə pulunuz varsa, dünyanın ən imtiyazlı 8%-i arasındasınız

Ana, atanız sağdırsa, bu dünyadakı nadir insanlardan birisiniz

Bu yazıları oxudunuzsa, deməli oxuma-yazma bilməyən 2 milyard insandan biri deyilsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!