15 Hollivud ulduzunun qəribə vərdişləri

15 Hollivud ulduzunun qəribə vərdişləri
Maraqlı məlumatlar
10.09.2017 8
1. Cameron Diaz

Məşhur aktrisanın mikrob və bakteriya qorxusu elə qüvvətliymiş ki, qapı və pəncərələri dirsəkləriylə açırmış.





2. Anjelina Jolie

Verdiyi müsahibələrin birində böcək yeməklə əlaqədar bir probleminin olmadığını, hətta uşaqlarını da buna təşviq etdiyini söyləmişdi. Ona görə böcəklər yaxşı zülal qaynağıdır.





3.Cennifer Aniston

Təyyarəyə mütləq sağ addımıyla minir. Minmədən əvvəl də təyyarənin xarici səthinə ayaqqabılarıyla vuraraq -eynən, öz qulağımızı çəkib taxtaya vurduğumuz kimi-bir iki dəfə vururmuş.





4. Kristian Bale

Nərdivan altından keçmək, qara pişiklərdən qaçmaq, ayna qırmaq və s. şeylər çox insan üçün uğursuzluq əlamətidir. Bale üçün isə vəziyyət tam əksinədir.





5. Demi Moore

Demi Moore  arıqlamaq üçün zəlilərdən istifadə edir... Qəribədir, amma nə qədər sağlam olduğu çox müzakirə olunur.





6. Cames McAvoy

McAvoy hər ayın ilk günündə qarşısına ilk çıxan adama 'Ağ Dovşan' deyirmiş. Səbəbi 'Matrix' filmindəki əfsanəvi replik deyilsə, müəmmadır.





7. Cason Segel

Bir çoxlarına görə aktyorun kukla sevgisi problemə çevrilmiş vəziyyətdədir. Belə ki, evində bir otağı kuklaları üçün başdan aşağıya yenidən dekorasiya etdiyi deyilir.





8. Cessika Simpson

Həyatında bir dəfə olsun siqaret istifadə etməyən Simpsonun, nikotinli saqqıza asılılığı var.





9. Conni Depp

Deyilənə görə, Depp barbi kuklalarla oynamağı xoşlayır. Bunu deyən isə elə Deppin özüdür.





10. Lady Gaga

2011-ci ildə Grammy mükafatlarında səhnəyə şousunun bir hissəsi olan bu nəhəng yumurtadan Lady Gaga heç cür ayrıla bilməmişdir. İddialara görə, nəhəng yumurtanı evinə aparan Gaga çox vaxt bu yumurtanın içində yatır, ya da meditasiya edir.





11.Mariah Carey

Gündə 15 saat yatdığını desək, kifayət edərmi? Əgər kifayət etmirsə, yatdığı otağın nəm nisbətini tənzimləmək üçün 20-yə yaxın nəm cihaz istifadə etdiyini də əlavə edək.





12. Meqan Foks

İddialara görə Meqan Foks nə zaman təyyarəyə minsə Britney Spearsı dinləyir. Düzdür, burada təəccüblü heç nə yoxdur. Amma elə deyil. Çünki Foksun Spearsı dinləmə səbəbi təyyarənin düşməsinə maneə törətməsinə olan inancıymış.





13.Paris Hilton

Hər gün saat 11:11-də arzu tutmaq kimi bir adəti var.





14.Ketrin Zeta-Cons

Ketrin hər gün dişlərini fırçalayır. Əslində qəribə bir vərdiş sayılmaz. Təbii ki, məsələ bu deyil. Çünki məşhur aktrisa dişlərini çiyələklə fırçalayır. Səbəbini soruşanlara isə çiyələkdən istifadə dişlərini daha da ağ etdiyini söyləyir.





15. Sandra Bullok

Deyilənə görə, üzü üçün nizamlı olaraq hemoroid kremindən istifadə edir. Səbəbi isə bilinmir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!