Təbiəti anlaya bildikmi? (Xeyr) İntiqamı çox acı olacaq...

Təbiəti anlaya bildikmi? (Xeyr) İntiqamı çox acı olacaq...
Maraqlı məlumatlar
10.09.2017 8
İnsan! İnsan! İnsan!



Dəfələrlə təkrarlanılıla biləcək bir söz. Hər söylənişdə fərqli fərqli məna daşıyar sanki. Halbuki insan olaraq bizlər təbiətə nə pisliklər etdik.

Təbiəti anlaya bildikmi?



Təbiəti anlamaq yerinə təbiəti öz mənfəətləri uğruna istifadə etməni üstün tutdu insan. Optimist deyilik bu məzmunda.

İnsanın qüruru vardır amma özünə. Təbiətə, təbiətin içindəki digər canlılara baxıb da onların qüruruna qiymət verməz insan.

Obrazlarda gizlidir düşüncəsi və tətbiqdə heçləşər onun dünyagörüşü. İnsan təbiəti zəbt edən əllərindən nifrət edəcək bir gün.

O gün gecikdiyini gördüyündə utopiyalar qurub, onların öndərliyində obrazlarla bəzəyəcək öz dünyasındakı təbiət sevgisini…

Əzib keçdikdən, yıxdıqdan sonra nə faydası?!

Son nöqtədə çaşıb qalacaq təbiətin qarşısında, intiqamını öz ölümüylə alacaq təbiət. Narahatlıq üzərinə tam şəkildə oturacaq insanın...



Nə gözəl bir intiqam…



Faydasız çırpınışla özünə belə düşmən olan insan birləşəcək öz irqinə. Birlikdəliyin əhəmiyyətini qavrayacaq son anda...

Fərdi həyatında gücsüzlüyü dadacaq, kiçik hesab etdiyi əzib keçdiyi təbiət qarşısında diz çökəcək bir gün. O bir gün çox yaxında gələcək…

Daxili çəkişmələr döyüşlər, yandırılıb yıxılan hər torpaq parçası ayağa qalxıb üstünə çullanacaq insanın...

Bir böhran olacaq son nöqtədə…

Geriyə yolu olmayan bir yola girmədən yenidən dost olmağı sınasa insan nə gözəl olardı…скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!