Uşaq qoxusu, Cənnət qoxularındandır...

Uşaq qoxusu, Cənnət qoxularındandır...
Maraqlı məlumatlar
10.09.2017 100
Bir uşağa əvvəl danışmağı öyrədərsiniz, sonra da susmağı... Prochnow



Uşaqlardan çox şey öyrənərik. Məsələn nə qədər səbirsiz biri olduğumuzu Franklin P. Jones



Uşaqlı ailələr və uşaqsız olanlar... Hər ikisi də bir-birləri üçün kədərlənərlər... Et Howe



Uşaqların sevgi görməyə ehtiyacı vardır. Xüsusilə də layiq olmadıqları zaman..Harold Hulbert



İlk başda ana və atalarımızın uşaqları, sonra uşaqlarımızın ana və atası olarıq. Daha sonra ana və atamızın ana və atası, ən sonunda da uşaqlarımızın uşaqları olarıq.Milton Greenblatt



Uşaqlar bir şəkildə evliliyin uzunmüddətli olasına kömək edərlər.Və bunun üçün bir çox yollar vardır. Məsələn o qədər çox tələbləri olar ki ailələr onların ehtiyaclarını qarşılamağa çalışarkən bir-birlərinin səhvlərini unudarlar. Richard Armour



Əgər körpəniz gözəl və mükəmməldirsə, heç ağlamır, zamanında yatır və hər vaxt bir mələk qədər yaxşı niyyətlidirsə, siz bir nənəsiniz! Theresa Bloomingdale



Bir ana üçün uşağının ən sevimli olduğu zaman yatdığı zamandır. Ralph Waldo Emerson



Uşaqlar gələcəyə göndərdiyimiz və əsla görə bilməyəcəyimiz mesajdır.



Uşaq böyüdərkən evi təmiz tutmaq, qarhələ yağarkən qapının önünü təmizləmək kimidir. Phyllis Diller



Uşağınızın böyüdüyünü haradan anlarsınız? Sizdən sual soruşmağı və hara getdiklərini söyləməyi kəsdiklərində... P. J. O'Rourke



Uşaqlığı olmayanın gəncliyi də olmaz. Nurullah Ataç



Uşaqlığını yaşamamış insan, tam bir insan ola bilməz. Hölderlin



Uşaqlar donmamış beton kimidir, üzərinə nə düşsə iz buraxar. Haim Jinott



Uşaqlar, kasıbların sərvətidir. Thomas Fuller



Uşaqların, nəsihətdən çox yaxşı nümunəyə ehtiyacları vardır. Cozef Joubert



Uşaqların utancaq olması onların yaxşı əxlaq sahibi olmalarını müjdələr. İmam Qəzali



İnsan nəvə sahibi olduqdan sonra uşaqlarını anlamağa başlar. Erich Köstner



Tay at olunca at istirahət edər, uşaq adam olunca ata istirahət edər. Kaşğarlı Mahmud



Uşaq doldurulacaq bir qab deyil, isidiləcək bir ocaqdır. Danner



Uşaq, dünyanın ən böyük səadətidir. Dostoveyski



Uşaq qoxusu, Cənnət qoxularındandır. Hədisi-Şərif



Uşağı gözəl tərbiyə etmək və ona gözəl bir ad vermək, övladın ,ata üzərindəki haqqlarındandır. Hədisi-Şərif



Uşaqlar gələcəyimizin zəmanəti,həyatda sevincimizdir.Bu günün uşağını sabahın böyüyü olaraq yetişdirmək hamımızın insanlıq borcudur...M.K.Atatürk



Başını göyə doğru qaldıran,bir uşaq qədər gözəl olar.F. Hüsnü Dağlar



Uşaqlıq, məntiqin yuxusudur. J. J. Rousseauскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!