Cehizimiz

Cehizimiz
Maraqlı məlumatlar
10.09.2017 10
İlk dəfə bir ev quracaq olanlar, nə qədər çox əşyaya ehtiyac duyulduğunu görüncə çaşa bilərlər.

Hər nə qədər cehiz qız tərəfinin üzərinə düşürsə, indiki zamanda cütlər evin əskiklərini ortaq şəkildə tamamlamaqdan ötrü cehiz siyahısı tuturlar.

Siyahıda daha çox, evin əsas parçaları tamamlandıqdan sonra lazım olacaq və ev həyatını asanlaşdıracaq ehtiyacları tapa bilərsiniz.

Mətbəx

Mətbəx və yemək otağını bir yerdə düşünməkdə fayda var. Mətbəx deyincədə ilk ağla gələn böyük və qəşəng bir yemək dəsti olur.

Nə qədər müasir ya da ənənələri izləməyən bir cüt olduğunuz heç əhəmiyyətli deyil.

Ana israr edər, gəlin dövrəyə girər və o yemək dəsti alınar.

Şorba kasasından qəhvə fincanlarına, büdcənizə görə ən az 8- 12 nəfərlik bir yemək dəstəsi cehizin əhəmiyyətli parçalarındandır.

İndi mətbəx başlığı altında cehiz siyahısında ən vacib nələr var sıralayaq:

1) 8 – 12 nəfərlik qonaq yemək dəsti, çəngəl-

qaşıq dəstləri.

2) 6 nəfərlik gündəlik yemək və nahar dəsti

gündəlik çəngəl-qaşıq dəstləri.

3) Gündəlik və qonaq üçün ayrı süfrələr.

4) Gündəlik istifadə üçün salat və meyvə

kasaları, çörək səbəti.

5) Qazan – tava setləri, fitli qazan, makaron,

plov qazanı kimi seçimlər sizin

ixtiyarınızdadır.

6) Fərqli içkilərə görə stəkan setləri, açacaq, su,

qəhvə, çay v s. stəkanları gündəlik və qonaq

üçün ayrı-ayrı ala bilərsiniz.

7) Çömçə, taxta qaşıq və bıçaq setləri, meyvə

bıçağını unutmayın.

8) Saxlama qabları həm nahar, həm yemək

saxlamaq, həm də çay, qəhvə, şəkər üçün set

halında satılan məhsullardan ala bilərsiniz.

9)Ədviyyat dəsti, yağ və sirkəlik dəstlər, limon

sıxacağı.

10) Kəsmə taxtası, makaron süzgəci, rəndə.

11) Çaydan, qəhvədan dəsti, nimçələr, çay

süzgəci, buz vedrəsi istəsəniz qəhvə maşını,

çay maşını kimi daha praktik məhsullara da

ala bilərsiniz.

12) Qab-qacaq səbəti, dəzgah üstü qaşıqlıq,

stəkanlıq.

Yataq Otağı

Yataq otağı mebeli yerləşdikdən sonra geyimləriniz ya da fərdi baxım – gözəllik məhsullarınız kimi əşyalar yataq otağını yavaş- yavaş doldurmağa başlayacaq.

Şkaflarınızda nə qədər yer olduğuna bağlı olaraq aşağıdakı siyahıda iştirak edən cehizlik əşyalarını ala bilərsiniz.

Ancaq bunlar büdcənizə bağlıdır. İlk gündən 6 dənə yastıq almanız lazım deyil.

Yastıq, yorğan, ədyal evləndiyiniz mövsümə uyğun gələn məhsullarla başlaya bilərsiniz.

Nevresim dəsti almanız yaxşı olar.

1) Yataq örtüyü

2) Şkaf asılqanları

3) Ütü, ütü masası.

Vanna otağı:

Vanna otağı üçün alınacaqların otağın dekorasiyasına da təsiri olacaq.

Rəng, tərz uyğunlaşmasına diqqət yetirməyə çalışa bilərsiniz.

1)Xalat, duş dəsmalı dəstləri

2)Unitaz dəsti, duş ayaqaltısı

3)Duş pərdəsi

4)Sabunqabı, diş fırçalıq, unitaz fırçası

5)Duş lifləri

6)Paltar səbəti

7)Sabun, qoxu bənzəri aksessuarları da istəyə

görə ala bilərsiniz

8)Paltar qurutma teli.

Salon

Köhnədən cehiz sandığı dəyincə ağla daha çox əl işi örtükləri, kilimlər, top-top parçalar gəlirdi.

Müasir zamanda həyatımıza bir çox ev əşyası daxil olduğu üçün, indi cehiz dəyincə yumurta bişirmə maşınını da DVD oynadıcını da cehiz adı altında sıralayırıq.

Salon üçün sıralayacağımız cehizliklər üçün burada daha əvvəl də söylədiyimiz kimi əsas hissələrdən çox cehiz sandığına daha çox yaraşacaq parçaları

sıralayırıq...

1)Pərdə

2)Ştativ örtüləri

3)Xalça, kilim

4)Kreslo örtüsü

5)Gümüş, kristal, farfor kasa, bəzək-düzək, küllük, şəkərlik bənzəri ştativ, vitrin aksessuarları...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!