Təbii daşların faydası - siyahı

Təbii daşların faydası - siyahı
Maraqlı məlumatlar
10.09.2017 16
Firuzə: bu daş ürək xəstəlikləri, təzyiq və həzmlə bağlı problemlərdə daha təsirlidir. Sədaqət, dostluq və sevgini təmsil edir. Xüsusilə qadınlarda cinsi cazibəni artırır və sakitləşdirici təsirə malikdir.





Nefrit: Toksiki maddələri bədəndən çıxarmağa kömək edir. Diş ağrıları üçün faydalıdır. Ağzınızda bir müddət tutsanız, ağrını alar. Qadınlarda adət ve doğuş sancılarına yaxşı təsir göstərir.





Mərcan: Mərcan daşı, sədəf xəstəliyi başda olmaqla bir çox dəri xəstəliyinin müalicəsi məqsədi ilə istifadə edilir. Bəd-nəzər üçün də istifadə edilir. Konsentrasiya azlığını aradan qaldırır.





Akvamarin: bu daş əsəbləri sakitləşdirir. Düşüncənin aydınlaşması və yaradıcılıq qabiliyyətinin ortalığa çıxmasında böyük rolu var. Böyrək, qaraciyər, dalağı qüvvətləndirir.





Yaqut: qan dövranına və immunitet sisteminə müsbət təsir göstərir. Liderlik hissini ön plana çıxararaq ətrafınızdakı insanların məsuliyyətini öz üzərinizə götürməyə kömək edir.





Topaz: bu daşın bir başqa adı da sarı yaqut, eşq daşıdır. Sevgililər arasındakı anlaşılmazlıqları aradan qaldırır. İnsanın sənətçi yönlərini üzə çıxarır. Göz xəstəlikləri üçün də faydalıdır.





Ay daşı: ayaq və kürək ağrılarına faydalıdır. Şüuraltı qabiliyyəti dəqiqləşdirir, danışma qabiliyyətini yaxşılaşdırır və düşüncələrinizi rahat şəkildə ifadə etməyə kömək edir.





Kvars: beynə xəbərdarlıq edir, neqativ enerjini pozitivə çevirir. Qısqançlıq, qorxu və əsəbdən qoruyur.





Jasper: daxili orqanları və həzm sistemini gücləndirir. Yüksək enerji verir, hissiyat qabiliyyətini artırır. Kişilər üçün cinsi impulsları artırır. İnanc, sədaqət, sevgi və hörmət simvoludur.





Əqiq: cinsi orqanlara faydalıdır və cinsi gücü artırır. Metabolizmanın düzgün işləməsinə kömək edir. Gərginliyi və stressi azaldır.





Ametist: sakitləşdirici təsirə malik daş həmçinin immuniteti də qüvvətləndirir. Meditasiyada da istifadə oluna bilər. Enerjisi çox yüksək olduğundan olduğu mühitdəki bütün mənfi enerjiləri pozitivə çevirir.





Mirvari: sadəlik və təvazökarlıq nişanəsidir. Gözəl görünməklə yanaşı, eyni zamanda çox qiymətli olduğunu xəbər verir. Mirvari müdrikliyin və alimliyin simvolu olaraq da qəbul edilib. Keçmiş zamanda onun ana südünü artırdığına da inanılırdı.





Ləl: ləl cinsi gücü artırır. Qan dövranını asanlaşdırır, qanı təmizləyir, unutqanlığa faydalıdır, insanı sakitləşdirir, sevgi və şəfqət duyğularının canlanmasına psixoloji kömək edir.





Safir: ürək və böyrəkləri gücləndirir, ruhi sağlamlığı qoruyur. müşahidə qabiliyyətini artırmağa kömək edir.





Almaz: beynin funksiyalarını və özünə qapanmanı aradan qaldırmaq üçün faydalı xüsusiyyətə malikdir. Bolluq, saflıq, məsumluq və sədaqət rəmzidir.





Qranat: depressiyanı aradan qaldırır, qanı təmizləyir, hiperaktiv uşaqların sakitləşməsinə kömək edir. Qanın təmizlənməsi üçün faydalıdır.





Çeroit:insanın özünə güvənini artırır, ruhən azad olmağa kömək edir.





Hematit: stresi azaldır, enerji və canlılıq verir. Qərar verməkdə çətinlik çəkən insanlara kömək edir. Qan dövranına pozitiv təsir edir.





Aslan gözü: astma xəstəliklərinə faydalı ola bilər. Həzm sistemi pozğunluğu, dalaq üzərində müsbət təsirə malikdir. Güc və cəsarət daşı olaraq bilinir. Onu sadəcə ovucun içində saxlayaraq narahatlılardan qurtulmaq olar.





Magnezit: analiz etmək, özünü tanımaq və araşdırıcılıq ruhunu inkişaf etdirməyə kömək edir. Motivasiyanı artırır.





Zümrüd: immuniteti, sinir sistemini, ürək, ciyər, böyrəyi gücləndirir. Bədəni və ruhu təmizləyir. Səmimiyyət və sədaqət rəmzidir.





Pirit: beynin funksiyalarını artırır. İradə gücünü gücləndirir.





Sodalit: boğazdakı şişi və iltihabı azaldır. Duyğularını sərbəst ifadə edə bilməyənlərin daşıdır. Diqqəti toplamağa kömək edir.





Suqulit: uşaqlarda öyrənmə problemini aradan qaldırır. Onların bir şeyi daha asan öyrənməsinə kömək etmək üçün bu daşdan onların otaqlarına yerləşdirmək lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!