Flora

Flora
Maraqlı məlumatlar
10.09.2017 11
Flora

XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olmuşdur. Hal-hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 1021 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8%-ni təşkil edir. Bu rəqəm Rusiya Federasiyasında 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir.



Ölkəmizin meşə ehtiyatının 49%-i Böyük Qafqaz regionunun, 34%-i Kiçik Qafqaz regionunun, 15%-i Talış zonasının və 2%-i Aran zonasının (Naxçıvan MR ilə birlikdə) payına düşür. Azərbaycanda adambaşına 0,12 ha meşə sahəsi düşür. Hazırda 261 min hektar meşə fondu sahəsi Ermənistan tərəfindən işğal edilmişdir. Azərbaycan öz füsunkar gözəlliyi, zəngin təbii sərvətləri, al-əlvan florası və faunası ilə bütün dünyada şöhrət qazanmışdır. Burada 125 fəsiləyə və 930 cinsə daxil olan ali bitkilərin 4500 növü yayılmışdır. Bunlardan 48 fəsiləyə, 135 cinsə mənsub olan 450 növ ağac və kollar Respublikamızın meşələrində bitir. Bu isə Resublika florasındakı bitki növlərinin 11-ni təşkil edir. Azərbaycan dendroflorasının tərkibində 70 regional endem növə təsadüf edilir. Bu da ümumi ağac və kol bitki növlərinin 16%-i deməkdir. Azərbaycan meşələrinin özünəməxsus meşə formasiyaları mövcuddur. Bu formasiyalar aşağıdakılardır:



Qarmaqvari şamdan ibarət iynəyarpaqlı meşələr

Ardıc seyrək meşəlikləri

Şərq fıstığından ibarət fıstıq meşələri

Palıd meşə formasiyaları:

a) Şabalıdyarpaq palıddan ibarət (Talış) meşələr

b) Qafqaz palıdından ibarət aşağı dağ qurşağı meşələr

c) Şərq palıdından ibarət yuxarı dağ qurşağı meşələr

ç) Uzunsaplaq palıddan ibarət düzən meşələr

d) Araz palıdından ibarət az məhsuldar meşələr (Palıdın digər (qızılı palıd, qumral, kövrək palıd, boz palıd və s.) növləri ayrıca meşə formasiyası yaratmır və digər növlərin yaratdığı formasiyalarda iştirak edirlər.)

Vələs meşə formasiyası

Dəmirağacından ibarət relikt meşə formasiyası

Ağcaqayın meşə formasiyası

Məxməri ağcaqayından ibarət meşələr

Tranttoveter ağcaqayından ibarət seyrək meşələr

Xurma meşələri

Qarağac meşələri

Adi qozdan ibarət meşələr

Adi şabalıddan ibarət meşələr

Azad ağacından ibarət meşələr

İpək akasiyadan ibarət meşələr

Yalanqozdan ibarət rütubətli meşələr Qızılağac meşələri

Tozağacı meşələri Qovaq meşələri

Kür-Araz sahilləri boyunca formalaşan Tuqay meşələri

Ermənistan tərəfindən Azərbaycana qarşı edilən təcavüz nəticəsində xeyli ərazilər işğala məruz qalmışdır. Burada yerləşən meşələrə xüsusilə də dağ meşələrə ciddi ziyan vurulmuşdur. Ermənistanın təcavüzü nəticəsində işğal altında qalmış 246 min ha meşə sahəsi vəhşicəsinə qırılıb talan edilir. Bu ərazilərdə bitən qiymətli ağac cinslərinin kəsilib aparılması biomüxtəlifliyin qorunmasını kritik həddə çatdırmışdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!