Pişiklər sahiblərinin aynasıdır

Pişiklər sahiblərinin aynasıdır
Maraqlı məlumatlar
10.09.2017 10
Bəlkə də siz sevimli ev heyvanınızın sizə və yaxud da ailənin digər
üzvlərinə bənzədiyinə diqqət yetirmisiniz. Messina Universitetinin tibbi
baytarlıq araşdırmaları göstərir ki, pişik və onun sahibinin oxşarlığı
sadəcə xoş bir təsadüf deyil: pişiklər tədricən bizim alışqanlıqlarımızı
mənimsəyirlər.

Tədqiqatçılar ev pişiklərinin iki növünü araşdırıblar. Birinci qrup ev
pişiklərinin sahibləri öz sevimlilərini kiçik evlərdə, özlərinə daha
yaxın saxlayıb, demək olar ki, onları küçəyə çıxarmırdılar. İkinci qrup
pişiklərin sahibləri isə, böyük və təmiz evlərdə yaşayıb, pişiklərinə
hətta gecə belə küçəyə çıxmağa icazə verənlər olub.

Birinci qrup pişiklərin həyat tərzi, hətta yuxu vaxtı sahiblərinin həyat
tərzinə oxşayır. Bundan başqa, öz yemək vaxtlarının nə vaxt olduğunu
bilərək mətbəxə qaçır, tualetin yerini yaxşı bilir və dolabların
qapısını asanlıqla aça bilirlər.



Aktiv həyat tərzi keçirən, idmanla məşğul olan insanların pişikləri daha
aktiv, oynağan, passiv həyat sürən insanların pişikləri isə kökəlməyə
yönümlü olur. Sakit insanların pişikləri əsasən sakit, aqressiv
insanların isə aqressiv olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!