Dünyanın müxtəlif dövlətlərinin ordusundakı ən ağlasığmaz məşqlər

Dünyanın müxtəlif dövlətlərinin ordusundakı ən ağlasığmaz məşqlər
Maraqlı məlumatlar
10.09.2017 34
Hərbi ruh, müdafiəqabiliyyətlilik və ordu hazırlığı - bu,

istənilən dövlətin təhlükəsizliyinin başlıca kriteriləridir.



Bu hədəfə çatmaq üçün müxtəlif dövlətlərin ordusunda fərqli,



bəzən inanılmaz və hətta ağlasızmaz əsgər təlimi metodlarından istifadə edilir.



Təqdim etdiyimiz materialda dünyanın müxtəlif dövlətlərinin ordu hazırlığı ənənələri yer alır.







1. Həqiqi qumbaralardan istifadə ilə «Kartof» oyunu (Çin )

Şərq incə məsələdir, hətta istənilən döyüş zamanı lazım gələcək komandaların

dəqiq yerinə yetirilməsi və şücaətli ordu təlimləri barədə söhbət gedərkən.







2. Sinəyə atəş (Rusiya xüsusi xidmətləti)

Oxşar təlimlər (təbii ki, zirehli jiletdən istifadə ilə bir-birinin sinəsinə atəş açma)

Rusiya xüsusi xidmətlərində xüsusiləşdirilmiş təlim kursunun bir hissəsidir.

Bu təlimlər hərbçilərdə onlara güllə dəyəcəyi ilə bağlı yarana biləcək panikanı aradan qaldırmaq üçün keçirilir.

Zirehli geyimdən istifadə edilməsinə baxmayaraq, hərbçilər bəzən yaralanırlar.

Lakin əsgər yaralanıb-yaralanmamasından asılı olmayaraq,

xəsarət aldıqdan sonra düşmən atəşinə soyuqqanlılıqla reaksiya verməlidir.







3. Yanar halqadan atlama (Çin Xalq Azadlıq Ordusu)

Fotoda yanar halqadan atlanan əsgər təsvir olunub. O, adi forma geyinib və hücum silahı ilə silahlanıb.

Bu təlimin keçirilməsində məqsəd əsgərin real döyüşdə keçirdiyi emosiyaları keçirməsi, eyni adrenalini almasıdır.







4. Sualtı təlim (ABŞ HDQ-nin "Dəniz pişikləri" bölməsi)

ABŞ-ın SEAL hərbi-dəniz donanmasının taktiki bölməsinin təlimlərində istənilən vəziyyətdə sudan qorxmamaq öyrədilir.

Onların əl və ayaqlarını bağlayır, hovuzun dibinə düşməyə və geriyə - yuxarıya qayıtmağa, dibə toxunmadan hovuz boyu üzməyə, salto vurmağa və digər dəlisov hərəkətlərə məcbur edirlər.

Təlimləri çətinləşdirən hallar mövcuddur, belə ki, təlimatçılar vaxtlı-vaxtında həqiqi döyüş şəraiti təsəvvürü yaratmaq üçün təlim iştirakçılarına "hücum" edirlər.







5. Başla kərpic qırmaq (Cənubi Koreya və Çin əsgərləri)

Qoşunlarda ruh yüksəkliyi və birliyi artırmaq üçün tez-tez orkestr, marş və s-dən istifadə edilir.

Çin hərbçiləri burada da fərqlənirlər; oların əsgərləri bellərində bambukdan

dəyənək qırmaq, başlarında isə kərpic sındırmaqla şöhrət qazanıblar.

Kənardan görünməyinə görə müqayisə etsək, Çin Xalq Azadlıq Ordusu məğlubedilməz olardı.







6. Qida kimi kobra qanının qəbulu (ABŞ-ın dəniz piyadaları)

Əsgərlərin sadə qızınma hərəkətləri edib döyüşə getdikləri günlər geridə qalıb; indi ABŞ-ın dəniz piyadaları kobra qanı içir, toyuqların başını dişləri ilə qoparırlar. Bu, onların təlimlərinin bir hissəsidir.

Oxşar halları 2014-cü ildə keçirilən 11 günlük "Cobra Gold" təlimlərində görmək mümkün olub.

Bu təlimlərdə Tayland, ABŞ, Sinqapur, İndoneziya, Yaponiya,

Cənubi Koreya və Malayziyadan olan təxminən 13 min əsgər iştirak edib.







7. Atəş altında müvazinəti saxlamaq (Belorus, tünd qırmızı beretlər)

Belorus Daxili İşlər Nazirliyinin xüsusi bölmə hərbçiləri, şübhəsiz, cəsur insanlardır.

Elit bölmənin sıralarına daxil olmaq istəyənlər bir sıra çətin sınaqlardan keçməlidirlər.

Sınaqlara 10 kilometrlik məsafənin qət edilməsi, bundan sonra möhkəmləndirilmiş rayona hücum, əlbəyaxa döyüş, hündür binaya hücum və akrobatik bacarıqların yoxlanılması daxildir.

Burada əsgərlər, sadəcə, ağac üzərindən keçmirlər. Bu ağacların altında ocaq var.

Sınaqdan keçirilənlərin ayaqları altına isə avtomobil şinləri atılır.

Müvazinətlərini itirərək ağacın düşməyə vadar etmək üçün onların istiqamətində atəş açılır.







8. Göydələndən tullanış və dağa dırmanma (İsrailin müdafiə ordusu)

Nə vaxtsa terrorçular Təl-Əvivdə göydələndə girov götürməyə cəhd etsələr, bu, o dmeəkdir ki, onlar pəncərədən otağa kommandosun dəqiq girişini ehtimal etməyəcəklər.

Məhz bu təlimlər İsrailin müdafiə ordusunun terror əleyhinə bölməsi tərəfindən həyata keçirilir.







9. Mərcan və qayalar üzərində sürünmək (Tayvanın dəniz piyadaları)

«Cənnətə yol» - Tayvanda doqquz həftəlik intensiv dəniz piyadası hazırlıq proqramının sonuncu mərhələsi belə adlanır.

Bu mərhələdə əsgərlərdən çılpaq bədənlə, əllərin köməyi olmadanmərcan və qayalardan keçən 50 metrlik yol boyu sürünmək tələb olunur.







10. Tüstüdən atlarla keçmək (Hollandiyanın Kral Şərəf Qvardiyası)

Əsgərlər tez-tez onlara heyvanlarla birgə təlim keçilməsini xahiş edirlər.

Fotoda Hollandiyanın Kral Şərəf Qvardiyası döyüşçülərinin qatı tüstü şəraitində at çapmaları əks olunub.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!