ABŞ-da kişi zorlayan qadınlar cəzalandırılacaq

ABŞ-da kişi zorlayan qadınlar cəzalandırılacaq
Maraqlı məlumatlar
10.09.2017 56
 
ABŞ 1927-ci ildən qüvvədə olan qanunu dəyişib. CNN-ə istinadən , artıq qadınlarla bərabər, kişinin də təcavüzə məruz qalması cinayət məsuliyyətini nəzərdə tutur. Qeyri-ənənəvi cinsi əlaqə də təcavüz kimi dəyərləndiriləcək. ABŞ vitse-prezidenti Cozef Bayden ölkəsinin 80 ildir ki, mövcud olan bu qanunvericiliyin dəyişdirilməsində gecikdiyini söyləyib: “ABŞ-dakı bu dəyişiklik təcavüzdən əziyyət çəkən kişi və qadınlar üçün bir qələbədir”. ABŞ ədliyyə naziri Eric Holder deyib ki, qanunvericilikdəki bu dəyişiklik cinayətin çərçivəsini və ağırlığını daha yaxşı qiymətləndirməyə imkan verəcək. Qeyd edək ki, ABŞ Xəstəliklərə Nəzarət və Önləmə Mərkəzinin məlumatına görə, ABŞ-da hər 5 qadından 1-i, hər 71 kişidən 1-i həyatlarının bir dönəmində cinsi zorakılığa məruz qalıb.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!