Tibbdə rast gəlinən maraqlı hadisələrlə tanış olaq...

Tibbdə rast gəlinən maraqlı hadisələrlə tanış olaq...
Maraqlı məlumatlar
10.09.2017 51
Türkiyə Şanlıurfa şəhər sakini anadangəlmə tər vəziləri olmadığı üçün tərləmir.

Türkiyə Şanlıurfa şəhər sakini bir milyonda bir görülən xəstəliyə yaxalanıb.

Belə ki, 22 yaşlı Mehmet Şükrü Şəkərin anadangəlmə tər vəziləri olmadığı üçün tərləmir.

Bu səbəblə də onun bədənin hərarəti yüksəlir. Xəstəliyi səbəbilə evdən bayıra çıxa bilməyən M. Ş. Şəkər hər saatdan bir başından aşağı su tökür.

Üstünə su tökmədən yaşaya bilməyən xəstə sırf bu səbəblə heç bir yerdə işləyə bilmədiyini deyib.

Xəstəliyin adı kitablarda olmadığı üçün oğlunun işləyə bilməyəcəyinə dair arayış ala bilmədiyini deyən M. Ş. Şəkərin atası baş nazir və səhiyyə nazirindən yardım istəyir.



***



İngilis qadın gülən kimi yerə yıxılır.

İngiltərənin Kembric şəhərində yaşayan qadın gülməkdən qorxur.

Elm adamı olan Klaire Ellenin qorxuları əsassız deyil.

Çünki dünyada çox nadir müşahidə edilən əsəb xəstəliyindən əziyyət çəkən qadın güldüyü an yıxılıb qalır.

"Katapleksi" adlandırılan xəstəlikdən əziyyət çəkən Ellen qorxu, təəccüb ya da sevinc hissi keçirən kimi bədəninə nəzarəti itirir və olduğu yerə yıxılaraq qalır, amma huşunu itirmir.

Həkimlər isə dərmanlarla tutmaların sayını azaltsalar da, onları tamamilə aradan qaldıra bilmirlər.



***



Çində Vanq adlı şəxsin mədəsindən qidalanma üçün nəzərdə tutulmuş çubuq çıxarılıb.

Shanghai Daily qəzetinin verdiyi məlumata görə, o, çubuğu düz 28 il əvvəl udubmuş.

50 yaşlı Vanq yalnız indi mədəsində şiddətli ağrılar hiss etdiyi üçün həkimə üz tutub.

Müayinə zamanı onun mədəsindəki çubuğun mədənini divarını ciddi yaraladığı və qanaxmaya səbəb olduğu üzə çıxıb.

Vanq çubuğu 28 il əvvəl udduğunu söyləyib.

Artıq mədəsindəki çubuqdan xilas olmuş çinli özünü yaxşı hiss edir.



***



10 sm-lik bıçaq 3 saatlıq əməliyyatla çıxarılıb.

Braziliyada 29 yaşlı Edeilson Naskiento adlı kişi 3 il müddətində başındakı bıçaqla həyatda qalmağı bacarıb.

Naskientonun başına 10 sm ölçüsündə bıçaq 2007-ci ildə getdiyi barlardan birində baş verən dava zamanı girib.

Yaralı dərhal xəstəxanaya çatdırılsa da həkimlər beyinə ziyan vuracaqlarından ehtiyat etdikləri üçün bıçağın sadəcə çöldə qalan hissəsini kəsiblər.

Bu müddət ərzində şiddətli baş ağrılarından əziyyət çəkən Braziliyanın üzərində yeni əməliyyat aparılmalı olub.

3 ildən sonra kəsici alətin daxilə nüfuz edən hissəsi saatlarla davam edən əməliyyatla ehtiyatla çıxarılıb.

Hazırda özünü yaxşı hiss edən braziliyalı daha bir həftə həkim müşayiətində qalmalı olacaq.



***



5 yaşlı uşaq 3 mln-dan bir müşahidə edilən xəstəliyə yoluxub.

İngiltərədə 3 milyondan bir müşahidə edilən qeyri-adi xəstəlik aşkarlanıb.

Beş yaşlı uşaq gündə 14 dəfə dərisini dəyişir.

Annabelle Vhitehous adlı uşaq genetik pozğunluq olan "ıchthyosis" xəstəliyinə düçar olub.

Qızın dərisi gündə 14 dəfə öncə qızarır, sonra isə pul-pul olaraq tökülür.

Xəstəlik qarşısında çarəsiz qalan valideynlər isə ancaq Annabellanın dərisini kremləyə bilirlər.

Qeyd edək ki, "Ichthyosis" dərinin quru, qalın, balıq dərisi görünüş aldığı xəstəlikdir.

Xəstəliyin doğuşdan və doğumdan sonra yaranan 20 növü var.



***



İngiltərənin kütləvi informasiya vasitələri son günlərdə inanılmaz bir möcüzədən bəhs edirlər.

Belə ki, ürək, ciyər və böyrək orqanları köçürmə olan və 13 ildir reanimasiya şöbəsində yatan 32 yaşlı Allison John adlı qadın tamam sağalıb hətta o, eyni bu kimi xəstəliklərdən əziyyət çəkən xəstələrə köməklik üçün həkim olmağa qərar verib.

13 il xəstə yatan Allison 3 dəfə ölümə olduqca yaxınlaşsada sağ qalmağı bacarıb.

Hətta bir dəfə həkim əminliklə onun 3 gün içərisində öləcəyini bildirmişdir.

Çətin günlər yaşayan Allison müalicə aldığı xəstəxanada həkim kimi fəaliyyətə başlamağa hazırlaşır.

Onun digər bir arzusu isə nişanlısı ilə ən qısa zamanda ailə qurmaqdır.

Həmçinin Allisonun bu günədək ürək, ciyər və böyrək orqanları köçürmə olan ilk insan olduğu bildirilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!