Kraliçalar haqqında maraqlı faktlar

Kraliçalar haqqında maraqlı faktlar
Maraqlı məlumatlar
10.09.2017 54
1. Kraliça Raniya müasir nəsil tarixində ən gənc şahzadədir. Başına tac qoyaraq onu bütün dünyaya şahzadə elan edəndə onun cəmi 29 yaşı var idi. Şahzadə olmamışdan 1 il öncə Oman banklarının birində adi işçi idi.2. Anna Burgundskaya toy üçün brilliant qaşlı üzük hədiyyə almış ilk qadın kimi tarixə düşüb. Bu hədiyyəni isə 1477-ci ildə ona alman şahı Maksimilian I hədiyyə etmişdir. 3. Böyük Britaniya kraliçası I Elizavetanın (1533–1603) 3000-ə yaxın libası var idi.4. 1762-ci ildə rus kraliçası I Elizaveta dünyasını dəyişəndə onun qarderobundan 15 000 libas çıxarılmışdır. Deyilənə görə bir gecə ərzində o 2-3 libas dəyişirmiş.5.Britaniya kraliçası Viktoriya (1819–1901) ingilis dilində danışa bilmirmiş. Onun anası alman hersoqunun qızı olduğu üçün evdə hər zaman alman dilində danışırmış. İngilis dilində heç bir anlayışı olmayan kraliça uzun müddətdən sonra ingiliscə səlis danışmağı öyrənmişdir.6. Viktoriyanın 9 övladı 34 nəvəsi var idi. Körpə uşaq səsinə dözümü olmayan kraliça uşaqlar ilə çox qəddar rəftar edirmiş. Lakin böyük qızı Alman hersoqu ilə ailə qurduqdan sonra Viki qızına nə az nə çox 8 000 məktub yazıbmış.7. Viktoriya tronda nə az nə çox 63 il hakimiyyət sürmüşdür. Bu isə monarxlar üçün rekord müddət deməkdir. Kanadada bu günədək Viktoriyanın ad günü bayram kimi qeyd olunur. Ömrünün 40 ilini Viktoriya dul keçirmişdir. Bu illər ərzində Viktoriya yalnız və yalnız qara libaslar geyinirmiş.8. Tronda ən az hakimiyyət sürmüş kraliça isə ledi Jeyn Grey və yaxud Jeyn Dadly idi. 1553-cü il 10 iyulda İngiltərə kraliçası elan olunandan 9 gün sonra inqilabi çevriliş zamanı tutularaq edam olunmuşdur. Beləliklə, cəmi 9 gün hakimiyyətdə olan Jeyn Grey tarixdə ən qısa ömürlü kraliça kimi qalmışdır.9. Tarixdə ən qəddar kraliçalardan biri Madaqaskarın kraliçası Ranavalonadır. Yuxuda hər hansı qulluqçunu görərmişsə səhəri gün onu edam elətdirirmiş. Səbəb isə: İcazəsiz kraliçanın yuxusuna belə girmək qadağandır!10. 1357-ci ildə Portuqaliya kraliçası dünyasını dəyişmiş bir xanım elan olunmuşdur.Şahzadə İness de Castro Pedronun ikinci arvadı olmuşdur. İki il öncə isə qaynatası "Qürurlu" ləqəbli Alfonso İnessin adi nəslin nümayəndəsi olduğu üçün onu və övladlarını öldürmək əmri vermişdir. Pedro hakimiyyətə gələn zamanı isə İnessin meydini qebrdən çıxartdıraraq taxta qoyub onu Portuqaliya kraliçası elan etmişdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!