Bizimlə niyə rusca danışırsınız?

Bizimlə niyə rusca danışırsınız?
Maraqlı məlumatlar
10.09.2017 25
Bizimlə niyə rusca danışırsınız?


- Salam.- Zdravstvuyte.- Çay var?- Net. Çay netu.- Bəs kofe?- Da, kofe yest.
... Belə dialoqlarla yəqin ki, çox rastlaşırsınız. Özəlliklə də şəhərin mərkəzində kafelərdə, mağazalarda və başqa məkanlarda.
Biz öz istəyimizi azərbaycanca dilə gətiririk. Onlar rusca cavab verirlər. Biz yenə öz ana dilimizdə danışırıq. Onlar yenə rusca cavab verirlər.Bura Azərbaycan deyilmi? Mənim ölkəmin ana dili Azərbaycan dili deyilmi?Yenə öz doğma şəhərimdə azərbaycanlı xidmətçilər, satıcılar mənimlə rusca danışmalıdır?Səbəb nədir?
Bəlkə azərbaycanca danışmaq "çuşkalıqdır"? Nə vaxta qədər?Bunu faşizm kimi başa düşməyin. Millətçilik duyğularından da uzağam.Mən sadəcə öz dilimə, öz ölkəmə, öz milliyətimə öz ölkəmdə sayğı görmək istəyirəm...Təsəvvür edin ki, Türkiyədə bir kafedə xidmətçi bir türk müştəri ilə almanca, ingiliscə danışır... Və yaxud Rusiyada... Və yaxud Gürcüstanda gürcü gürcüylə rusca danışır...Belə adamlarla mübarizə aparmağın bir yolu var: onlarla heç vaxt rusca danışmamaq. Onlara həmişə azərbaycanca cavab vermək lazımdır ki, ana dilimizdə danışmağa özlərini məcbur bilsinlər.P.S. Lütfən "Bu, rus dilini bilməməkdən irəli gələn kompleksdir" kimi şablon arqument gətirməyin. Çünki bu, tamamilə yalnış arqumentdir.
  
Elmin Həsənliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!