Bu adam sizin də yuxularınıza girə bilər!

Bu adam sizin də yuxularınıza girə bilər!
Maraqlı məlumatlar
10.09.2017 20
Dünyada minlərlə insan yuxularına girən, tanımadığı bu adamı axtarır. Siz də bu adamı xatırladınız? Yuxunuzda görmüsüz? Diqqətlə baxın.



2006-cı ildə Nyu-Yorkda işləyən bir psixiatrın qadın xəstələrindən biri tez-tez yuxusunda tanımadığı bir adamı gördüyünü söyləyir. Həkim də xəstəsindən o adamın təsvirini çəkməyi xahiş edir. Nəticədə belə bir şəkil alınır.



Psixiatr şəklə əhəmiyyət vermədən masanın üzərinə qoyur. Səhər müayinəyə gələn başqa bir xəstə şəkli görüb "Mən bu adamı tanıyıram” deyir. İkinci xəstə də bu adamı tez-tez yuxuda gördüyünü və əsla tanımadığını bildirir. Bundan sonra həkim psixiatr yoldaşlarından şəkli öz xəstələrinə göstərməyi xahiş edir. Daha dörd xəstə şəkildəki adamı tez yuxuda gördüyünü, amma tanımadığını deyir.



Həmin hadisədən sonra bu adamı yuxuda gördüklərini deyənlərin sayı 2 mini keçib. Şəkil də artıq "Bu adam” adlanır.



"Bu adam” haqqında müxtəlif fərziyyələr var. Bəzilərinə görə bu Yunqun dediyi kimi insanların şüuraltında yaratdıqları ortaq arxetipin görüntüsüdür. Digərlərinin fikrincə isə insanlar bu şəkli internetdə, ya da bir yerdə görür, əhvalatı öyrənir, hadisə şüuraltı olaraq beyinlərinə işləyir, daha sonra yuxularına girir. Başqa bir qismin fikrincə bu adam həyatda var, üstəlik qeyri-adi gücə sahib olduğuna görə insanların yuxularına girə bilir.



Bu şəklin böyük bir şirkət tərəfindən yaradıldığını söyləyənlər də var.



Hələ də müəmmalı qalan "Bu adam”ı tapmaq üçün tapmaq üçün sayt belə yaradılıb.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!