Məni belə sevməlisən ...

Məni belə sevməlisən ...
Maraqlı məlumatlar
10.09.2017 47
Məni belə sevməlisən ...

 
Acıları qurutmalısan, ürəyindəki səhifələrdə. Qəhvə rəngli gözlərində ümid olmalıdı, həyəcan olmalıdı. Hüznlərdən kədərlərdən uzaq olmalısan.Gözlərimi düşündükcə daha da sevməlisən.Mən də sənin kimi sevməliyəm.Qorxduğumda möhkəm sarıla bilməliyəm sənə.Üşüdüyümdə, soyuqdan titrədiyimdə sən isitməlisən məni ürəyinlə.
Uşaqlaşıb ağladığımda oxşamalısan saçlarımı, təsəllim olmalısan, təsəllin olmalıyam.Ürəyində mərhəmət, düşüncələrində vicdan olmalıdı.Bütün gözəlliklərə ürəyində yer açmalısan.Yıxılanların dostu, ağlayan hər kəsin ümidi olmalısan.
Yağışlar kimi yağmalısan sənə ehtiyacı olan insanlara, şimşəklər kimi çaxmalısan, qaranlıqda gəzənlərə, günəş kimi doğulmalısan fağırın könlünə, ildırım kimi düşməlisən zalımların üzərinə.Sən həmişə belə olmalısan...
Mən səni sevməyimlə qürur duymalıyam.Ağrılara gülümsəməyi bilməlisən.Həyat dənizinə atdığın hər bir qarmağa gülüşlər ilişməli, ümidlər tutmalısan.Ümidlərin bu gün doğulmuş körpə kimi olmalıdır. Keçən hər vaxt böyütməlisən öz ümidlərini. Bəzən kiçik bir təbəssümün, bəzən də böyük ürəyindən axan sevgin yaşatmalıdı məni...
Sevdamız sərhədsiz və ölümsüz olmalıdı. Həyata dair nə varsa paylaşmalısan mənimlə sevincini, kədərini mən də bilməliyəm. Göz yaşlarımızı gizləmədən ağlaya bilməliyik, sevinclərimizi paylaşıb gülə bilməliyik.Qorxduğunda heç kəsin bilmədiyi sığınacağın olmalıyam. Qorxularımızı birlikdə məğlub etməliyik.İçimdə olmalısan yanımda olmasan belə hiss etməliyəm varlığını hər zaman. Tutqun da olsam aşiq də olsam sənə sevgimin əvəzi ölüm olmamalıdı yaşatmalısan məni öz sevginlə...Sənin vazkeçilməzin mən olmalıyam, sən də mənim vazkeçilməzim olmalısan.Paylaşmaq istəmədiyin yeganə varlıq mən olmalıyam.Məni hər şeyimlə qəbul etməlisən, "mən buyam", "beləyəm" deyə bilməliyəm qorxmadan çəkinmədən.Kədərləndiyimdə dinclik tapdığım qucaq, xoşbəxtliyimdə sarıldığım bədən olmalısan.Bütün mahnılarım sənə xitab edilməli, şeirlərimin ilhamı, bütün söhbətlərimin mövzusu sən olmalısan...
Bir anda dörd mövsümü yaşatmalısan mənə. Qışın ortasında sevginlə baharı gətirməlisən ürəyimə, məni düşündüyündə günəş doğmalı şəhərə, bir daha əsla batmamalıdır. Bədənimdəki bütün hüceyrələrimdə sən olmalısan, damarlarımda sən gəzməlisən, sənin damarlarında da mən gəzməliyəm qan yerinə...

Məni belə sevməlisən ...

 
Canım olmalısan, sən yaşatmalısan məni, canın olmalıyam mən yaşatmalıyam səni.Sən və mən olmamalıyıq biz olmalıyıq yalnız biz.Tək ürək, tək bədən, tək can olmalıyıq.Mən məni səndə yaşamalıyam sən də səni məndə yaşamalısan.Nağıllar danışmalısan sevgiyə dair, sevgidən yol açmalısan ürəyinlə ürəyimə.Ayrılıq sözləri keçməməlidi sözlərində.Sən saçlarımı oxşayarkən belə, yanımdaykən belə ürəyimdəki dənizlərdən, həsrət şeirləri oxumalıyam bütün dəli dalğalar pıçıldamalıdı qulağına mənim şeirimi.
Qəhvə rəngli gözlərin yaşamamın tək səbəbi olmalı, saçların külək olub göz yaşlarımı qurutmalıdır. Uzaqlarda olsaq belə düşünməməliyik məsafələri, ayları zaman anlayışı olmamalıdı içimizdə. Sevgimiz böyüməli sığmamalıdı ürəyimizə çaylar kimi daşmalıyıq. Gözlərin qaranlıqda işığım olmalıdı.
Mənim olmalısan, "mənimsən" deyə bilməliyəm.Sənin olmalıyam "mənimsən" deyə bilməlisən. Sevirsənsə tək sevdiyin mən olmalıyam.Hirslənib mənə qışqıra bilərsən, hətta küsüb gedə də bilərsən amma qürurunu yenib mənə qayıtmalısan, sevdiyini dəfələrlə söyləməlisən.Nifrətini bütün acığınla qışqıra bilərsən, giley edə bilərsən amma onu da bilməlisən ki mən səni hər halınla sevirəm...
Düşüncələrində yalnız mən olmalıyam, xəyalımla ürəyini mən bəzəməliyəm.Gözlərindəki sevgi qığılcımı ilə yalnız mən yanmalıyam, mənim atəşimlə də sən yanmalısan.Ürəyinlə qucaqlamalı, gözlərinlə isitməlisən məni.Sənləykən ölümdən belə qorxmamalıyam.Get dediyində üzümü turşutmadan getməliyəm.Qal dediyində atəşinlə daha çox yanmalıyam. ALLAHdan sonra tapındığım tək varlığım sən olmalısan.Ürəyimdən gələn səslə "mənimsən" deməliyəm.Sənin ruhun məndə, mənim ruhum isə səndə olmalıdır.Bax məni belə sevməlisən ...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!