Beynimiz haqqında bunları bilirdinizmi?

Beynimiz haqqında bunları bilirdinizmi?
Maraqlı məlumatlar
10.09.2017 10
İnsan beyni öz sirliliyi ilə tarix boyu insanların marağında olub. Dövr keçdikcə beyin haqda müxtəlif məlumatlar əldə edilib və bu məlumatlar bizləri heyrətləndirib, bəzən təəccübləndirib.



1. İnsan beyninin sol yarımkürəsi baş verənləri təhlil-analiz etmək üçün, sağ yarımkürəsi isə kreativ ideyalar, yeniliklər düşünmək üçün işləyir.



2. İnsanın öz beyninin yalnız 10%-dən (bəzən daha az) istifadə etdiyi deyilir. Lakin bu, yanlışdır. İnsanın beyninin hər bir hissəsinin öz funksiyası var və daima fəaliyyətdədir.



3. İnsan beynində 100 000 000 000 neyron var.



4. 5 yaşına çatmamış ikinci dil öyrənən uşaqlarda beynin gələcək inkişafı xeyli dəyişərək, inkişaf edir.



5. İnsan beyni 4 000 000 000 000 bayt (4 terabayt) yaddaşa sahibdir.



6. İnsanın qəbul etdiyi oksigenin 20%-i beyinə gedir.



7. İnsan beyninin böyüklülüyünün onun zəkasının güclülüyünə heç bir təsiri yoxdur. Məsələn, orta insan beyninin çəkisi 1360 qramdırsa, Enşteyndə bu, 1230 qram olub, amma o, Enşteyn olub.



8. İnsanın beyni 850 ədəd DVD diskinin yaddaşı qədər məlumatı yadda saxlamağa qadirdir.



9. Beynin yorulması mümkün deyil, əslində, yorulan bədənimiz olur.



10. Əgər insan beyninə bir saniyədə 17 yeni məlumat daxil edilsə belə, 75 yaşlı bir insanın beyninin heç yarısı dolmaz.



11. Göz bir anda beyinə 1,5 milyon siqnal ötürür.



12. Beyin kimi əvəzolunmaz bir orqan insan çəkisinin cəmi 2%-ni təşkil edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!