İlanvurma

İlanvurma
Maraqlı məlumatlar
10.09.2017 15
Son aylar havalar isti keçir, təbii ki, yay fəslinin xüsusiyyəti belə olmalıdır. Havaların isti keçməsi insanların qayöılarını bir qədər artırmış, onlar istirahət etməklə yanaşı, günvurnadan, zəhərlənmədən, suda batmaqdan qorunmalıdır. Digər bir təhlükə də ilanurmadır. Televiziyadan izlədiyimiz məlumatlara görə son vaxtlar təkcə Tovuz rayonunda bir neçə belə hadisə baş vermiş, vəziyyəti ağır oaln xəstələr Bakı şəhər 1 saylı Şəhər Kliniki Xəstəxanasının Toksikologiya şöbəsinə gətirilmuşlər.

Əlbəttə, çıldə-bayırda ehtiyatlı olmaq lazımdır. Hadisə qaçılmaz olarsa, onda xəstə dərhal həkimə çatdırılmalıdır.

Bu məqsədlə biz də sizə xalq təbabətində ilanvurma ilə bağlı tövsiyələri çatdırırıq.



İlanvurma nəticəsində bədənəyayılmış zəhər öldürücü dozada olarsa, bu, bədbəxtliklə qurtarır. İnsanlara, əsasən gürzə ilanları daha çox xəta yetirir. İlan vuran adam ilan çalan yeri ya kəsib atır, ya zəhəri qana keçməsin deyə ilan çalmış yeri (qolda, qıçda) toqqa və ya kəndirlə bağlayıb sıxır. İlan vurmadan sağalanlarda həmin yeriniflici, quruması halı baş verə bilər.

Xalq təbabətində ilan çalan yeri sorub zəhərin təsirini azaldır, ilan vurana qatıq, ayran içirirlər.

Əqrəbçalma, arıvurma nəticəsində də zəhərlənmələr olur. Əqrəb və arı sancan yerə beşqəpiklik mis pul basdıqda, qqatıq, ayran sürtdükdə zəhərin təsiri itir.



"İlan sənin dilindən vursun" qarğışı var. Məlum olduğu kimi, nəinki ilan, hətta arı insanı dilindən vurduqda dil şişir, nəfəsalma pisləşir. Paxlava, halva, bal və digər şirin şeylər yeyərkən diqqətsizlikdən və ya qaranlıq vəziyyətdə bu şirniyyatlara qonmuş arı ağız boşluöuna düşər və dili sanca bilər. Belə hallarda təcili qatıq içmək və qatığı ağız boşluğunda saxlamaq məsləhətdir. Bu, dilin şişməsinin qarşısını alır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!