İçimizə atdıqlarımız və içindən çıxa bilmədiklərimiz.

İçimizə atdıqlarımız və içindən çıxa bilmədiklərimiz.
Maraqlı məlumatlar
10.09.2017 19
İçimizə atdıqlarımız və içindən çıxa bilmədiklərimiz.
Bir insan niyə içinə atar? Niyə duyğularını basdırar? Basdırdığı və içinə atdığı şeylər nə qazandırar? Nə itirdər?Buna görəmi hər şey tərs üz olar, içindən çıxılmaz bir hal alar, keşməkeşli olar, viran olar, xarab olar, betər olar?
Duyğuların basdırılmaması, içə atılmaması lazım olduğu həmişə deyilir, ancaq bunu hər kəs bacara bilərmi?Bir çox insan; qışqırıb çağırması, ağlamalı olduğu zaman gözyaşlarını içinə axıdar.Yaşadığımız mənfi hadisələr, basdırılan duyğular, danışıb izah edə bilmədiyimiz və ya haqsızlığa uğradığımız anlar. Gün gəlir bunlar, fiziki xəstəlik olaraq ortaya çıxır.
İçimizə atdığımız hər şey yığılaraq irəlidə daha ağır ziyanlara səbəb olur. Sonra məcbur edir orqanları. Ən başda beynimizi, ürəyimizi, mədəmizi sonra psixologiyamızı, insanlığımızı və daha bir çox şeyi. İçinə atmaq nədir?

 
*Qaşlarımızı çatmaq lazım olarkən gülə bilmək
 
*Duyğularını tam olaraq izah edə bilməyən, içini olduğu kimi qarşısına açıb tökə bilməyən kəslərin bilmədən etdikləri şey,
* Dəfələrlə danışıb sözü aydın ola bilməmiş insanın bezməyidir. İfadə etməkdən bezdirənlərin yaratdığı nəticədir. Yüngül ağrılar danışa bilər, amma dərin ağrılar dilsizdir.
* Söylədiyimizdə dəyişən bir şey olmayacaq ya da tamamilə itirməkdən qorxarıq. Buna görə ən çox söyləmək istədiyimiz şeyləri içimizə atarıq. "Deyiləcək o qədər çox şey vardı ki, tək söz belə edə bilmədim" deyərkən izah edilən vəziyyətdir bəzən də.
*Özünü izah etməkdən yorulanlar üçün tək qaçış yoludur. Duyğuları, düşüncələri rahatlıqla qarşı tərəfə söyləyə bilməyib, qarsınızdakı adama ürəyinizi hamısıyla aça bilməyib bütün hisslərinizi, beyninizi qucaqlayan bütün detalları ürəyinizin bir küncünə yığmaqdır. O künc get-gedə böyüyür və bütün ürəyiniz söyləyə bilmədiklərinizlə örtülməyə başlayır.Ağlaya bilməzsiniz belə, bir növ öz-özünə paylaşmağa öyrəşmək halıdır.Gözləməkdir əslində. Qarşı tərəf bir an gəlsin görsün susqunluğu istənər.Görülmədikcə yandırar, qovurar. İncikliklərin, hirsin və hüznün xaricə vurulmayıb fərdi qutuya gizlənməsidir?
P.S: Siz necə, içinizdə nələri saxlayırsınız?Bəzən haqqında danışmaq istəməyib içinizdə saxlamaq istədikləriniz olurmu?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!