Teleaparıcı Ulvira Qarayeva və bıçaqlanan həyat yoldaşı

Teleaparıcı Ulvira Qarayeva və bıçaqlanan həyat yoldaşı
Maraqlı məlumatlar
10.09.2017 28
Yanvarın 10-dan 11-nə keçən gecə tanımadığı insanlar tərəfindən bıçaqlanan "Toy olsun" evlilik şousunun aparıcılarından biri Ulvira Qarayevanın həyat yoldaşı meyxanaçı Tərlan Dağlının (Mustafayev) səhhəti yaxşılaşmağa doğru gedir. Milli.Az-ın əməkdaşı dünən gecə 1 saylı Klinik Şəhər Xəstəxanasına gedərək, yaralıya baş çəkməyə müvəffəq olub.

Palatada həyat yoldaşını tək qoymayan Ulvira, polislərə ifadə verən Tərlanı hər şeyi olduğu kimi danışmağa razı salırdı.

Cütlük, foto çəkmək istəyimizə də qarşı çıxmadı. Yaşadıqları arzuolunmaz hadisəyə baxmayaraq gülümsəməyi bacardılar. Əsl sevgi və məhəbbət nümayiş etdirmələri cəsarətli olduqlarını bir daha təsdiqlədi.

Onlar 3 aya yaxındır ki, ailə qurublar. İzdivaclarını rəsmiləşdirməkdən çəkinməyən Qarayeva ilə Mustafayev özlərini çox xoşbəxt hiss etdiklərini də söylədilər.

Qeyd edək ki, bıçaqlanma faktı ilə bağlı Yasamal rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1 - qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!