Ölümcül xərçəng xəstəsi olan Erma Bombeck-in ölmədən öncə yazdıqları

Ölümcül xərçəng xəstəsi olan Erma Bombeck-in ölmədən öncə yazdıqları
Maraqlı məlumatlar
10.09.2017 6
Başqa bir həyat verilsəydi əgər mütləq bunları edərdim, hərdəqiqəmi, hər
saniyəmi qiymətləndirərdim. Boşuna keçmiş bir anım belə olmazdı...

"Həyatımı yenidən yaşaya bilsəydim əgər;
Xəstələnəndə  yatağa girər ,istirahət edərdim.
Mənsiz heç nə edə biməzlər ,hər iş tökülüb qalacaq deyə deyə düşünməzdim..

Gül şəklindəki çəhrayı şamı saxlamazdım ,yandırardım...

... Daha az danışar, amma daha çox dinləyərdim..
Yerlər çirklənsə, süfrəm ləkələnilsə belə daha çox yaxınlarımı ,dostlarımı axşam yeməyinə dəvət edərdim..

Oturma otağında televizora baxarkən, partlamış qarğıdalı yeyərdim. Yerlər ləkə olacaq, bulanacaq  deyə qorxmazdım.. 

Mənə gəncliyini izah etməyə çalışan atama daha çox vaxt ayırardım.. 

Həyat yoldaşımın məsuliyyətlərini daha çox paylaşardım..

Saçım dağlmasın deyə, avtomobilin şüşəsini qapatdırmazdım...

Ətəyimin ləkələnilməsinə fikir vermədən çəmənlikdə oturardım..

Televizora baxarkən daha az, həyata baxarkən daha çox ağlar və gülərdim...

Ömür boyu zəmanətlidir deyilən heç bir şeyi satın almazdım..

Hamiləliyimin bir an əvvəl sona çatıb, doğum etməyi diləmək yerinə,
hamilə olduğum hər anın dadını çıxarar və içimdə bir canlı saxlamanın nə
qədər möcüzə olduğunu fərq edərdim... Bu o qədər nadir bir hadisə ki..
Möcüzə kimi bir şeydir...

Uşaqlarım məni öpmək istədiklərində, əsla "Əvvəl get əllərini üzünü yu"
deməzdim... Onlara daha çox "səni sevirəm", ondan da daha çox "üzr
istəyərəm" deyərdim..

Amma başqa bir həyat verilsəydi ən çox edəcəyim şey; hər dəqiqəsini qiymətləndirmək olardı..

Diqqətlə bax.. Həqiqətən gör.. Yaşa.. İmtina etmə..

Kiçik şeylər üçün şikayət etmə.

Mənə bənzəməyənlər, məndən daha çox şeyə sahib olanlar və kimin nə etdiyi məni maraqlandırmazdı..

Bunun yerinə, əlaqələrimi gücləndirməyə çalışardım..

Sahib olduğunuz ruhi, fiziki və romantik hər şey üçün
şükr edin..

Tək bir həyatınız var və bir gün sona çatacaq...
Ümid edirəm hər gününüzü qiymətləndirərsiniz...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!