Monika Belluççidən sitatlar

Monika Belluççidən sitatlar
Maraqlı məlumatlar
10.09.2017 8
Monika Belluççi — arzu olunan qadındır. O digər aktrisalara oxşamadığı kimi, bütün digər aktrisalar da ona oxşamırlar. Onu «İtalyan İlahəsi» adlandırırlar, onun gözəlliyi istənilən kişini öldürür.



Monika iki gözəl uşaq anasıdır, üç dil bilir və yoqa ilə məşğul olur. Bu qadın çox gözəldir və burada əlavə etməli bir şey yoxdur.



Aktrisanın ən yaxşı sitatlarını təqdim edirik:



1. Gözəllik iki halda qadın üçün problemə çevrilir: o olmadığı halda və gözəllikdən başqa heçnə olmadığı halda.



2. İnsanlar ağlını, istedadını bağışlaya bilərlər, lakin gözəlliyini — heç vaxt.



3. Qadın sanki heç vaxt getməyəcəkmiş kimi sevə bilər. Lakin bir gün sanki sevməmiş kimi gedə bilər.



4. Gözəllik geyim altında gizli olduqda canlı və maraqlı olur.



5. İnsanın biliyi texnologiya sahəsində xeyli artıb, insan hissləri sahəsində — yox.



6. Aktyor oyunu — bu söz deyil. Holly Hunter «Piano»da heç bir söz demədi və «Oskar» aldı.



7. Qadınlıq — bu harmoniya, təbiilik və hissiyyatdır.



8. Kişi istəklərinin onları alçaltdığını deyən qadınları başa düşmürəm. Məncə onlar özlərində deyillər.



9. Mən yaxşı anayam. Lakin bu o demək deyil ki, mən yaxşı qızam. Mənə risk lazımdır.



10. Bütün qadınların sevilməkdən xoşu gəlir.



11. Sevgi yalnız bir-birinə qarşılıqlı hörmət və azadlıq olduğu zaman yaşayır. Digərinə əşya kimi sahib olmaq istəyi – absurddur.



12. Paxıllıq edənlərə nifrət etmək lazım deyil, çünki onlar sənin yaxşı olduğunu etiraf edirlər.



13. Heç vaxt yenidən 20 yaşında olmaq istəməzdim. İndi o yaşda olduğumdan daha xoşbəxtəm, çünki o yaşda biz hələ özümüzü tanımağa çalışırdıq, anlamağa çalışırdıq, kim olmaq istədiyimizi düşünürdük, özümüzə inamsızlıqdan əziyyət çəkirdik. İndi mənə nə lazım olduğunu və nə olmadan yaşaya biləcəyimi yaxşı bilirəm.



14. Mən heç vaxt arıq olmayacam. Mən təbiətən çox tənbələm. Yeməyi sevirəm. Mən belə gerçəyəm. Və saxta olmaq fikrində deyiləm.



15. Kimsə mənə dedi ki, bütün artistlərin içində yatan gözəllər var və hər oynadıqları rolda onlardan biri oyanır. Bizim daxilimizdə hər şey var. Bizə sadəcə bunu görmək lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!