Moda ilə dini nə birləşdirir?

Moda ilə dini nə birləşdirir?
Maraqlı məlumatlar
10.09.2017 3
Bir neçə mövsümdür ki, xaç və ikonalar populyarlığın zirvəsindədir.  "D&G” moda evinin bütün  kolleksiyalarını dini motivlər bəzəyir.



 



Xristian



İki il əvvəl "Givenchy”, "Valentino” ilə  "D&G” kimi məşhur brendlər ilhamını dini geyimlərdən almağa başladılar. Belə ki, onlar kolleksiyalarında rahibə geyim tərzindən, ikona və mozaikalar, o cümlədən freskalardan istifadə etdilər. Dizaynerlərin bu cəsarətini modapərəstlər yaxşı qarşıladı. Çox keçmədi ki, həmin geyimlər hətta dindar olmayan insanların da diqqətini cəlb etdi. Ona görə də stil ikonaları bu trendi həvəslə geyinməyə başladılar.



Bu fürsəti saxta mal istehsalçıları da əldən vermədi. Məsələn, onlar indiyədək ucuz dini aksessuarlar istehsal edirlər.



Fotoqraflar isə daha da qabağa gedərək jurnalların üz qabığı üçün modelləri soyunmuş rahibə obrazında təsvir edirdilər. Xatırladaq ki, "Vogue” jurnalının redaktoru Anna Dello Russonun bu addımı dindarların hiddətlənməsi ilə nəticələnmişdi.



İslam

Ekspertlərin fikrincə, yaxın bir neçə ildə müsəlman geyimi dünya bazarında hegemonluq qazanacaq və yeni dəb cərəyanlarının əsası qoyulacaq. Son illərdə örpək və şalların avropalı xanımların da qarderobuna daxil olması və sevilməsi bunun əyani təsdiqidir. Bundan başqa, Eli Saab və Zuahir Murad kimi livanlı dizaynerlər də geyim sənayesində çoxdan öz layiqli yerlərini tutublar. Onların yaradıcılığı şərq geyim ənənələrinə əsaslansa da, müasir dövrün tələblərinə cavab verir və özünəməxsusluğu ilə seçilir.



Xasidizm

İudaizmin bir qolu olan xasidizmdə kifayət qədər ciddi dress-kod qaydaları hökm sürür. İlk növbədə paltar sadə, enli və uzun olmalıdır. Bu dinə itaət edən xanımlar açıq paltar geyinə bilməzlər. Dekolte və yarıq birmənalı şəkildə yolverilməzdir. Onlardan bəziləri ailə qurduqdan sonra ya parik taxırlar, ya da baş geyimləri bağlayırlar. Xasidlərin hətta riayət etməli olduqları müəyyən parça, rəng, biçim və uzunluq da var. Onların geyimlə bağlı ağır şərtlərə əməl etməli olduqlarını düşünə bilərsiniz. Lakin heç də belə deyil. Məsələn, Mimi və Muşki bacıları uzun illərdir ki, Nyu-Yorkda yaşayırlar. Buna baxmayaraq, bu böyük şəhərin dəbi ilə ayaqlaşır, özünəməxsus tərzlərini yarada biliblər. Onlar hətta Nyu Yorkda dini geyim mağazası da açıblar. Bu mağaza tezliklə nəinki yəhudilərin, hətta müsəlman və hind xanımlarının da alış-veriş məkanına çevrilib. Zamanla kiçik mağaza öz fəaliyyətini genişləndirir. Mağaza internet versiyasını yaradaraq alıcı sayını xeyli artırıb. Bacılar göstərdi ki, hətta öz ənənələrinə və bütün qanunlara hörmət bəsləyərək dəbli geyinmək olar.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!