Ölü gəlin

Ölü gəlin
Maraqlı məlumatlar
10.09.2017 50
[/center]
[center] 

Taylanddakı televiziyalardan birinin rəhbəri ölü ilə evlənib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, 28 yaşlı Çadil Deffi 10 ildir birlikdə olduğu sevgilisi Sarinya Kamsook ilə evlilik hazırlığı aparan zaman bədbəxtlik baş verib. 29 yaşlı qız avtoqəza nəticəsində dünyasını dəyişib. Ən böyük arzusunun nişanlısı ilə evlənmək olduğunu deyən Deffi bu arzusundan vaz keçməyib. Qəzadan 4 gün sonra Kamsookun gəlinlik geyindirilən cəsədi ilə nigaha daxil olub. Nigah buddist məbədində baş tutub.

Qadının bəyaz tüldən əlcək olan əlinə üzük taxan kişi "Sevgimiz çox böyük idi. Ancaq olanları dəyişmək mümkün deyil. Bu gün ən böyük arzumu yerine yetirirəm. Ruhlarımız sonuna kimi birləşir", deyib.

Toydan sonra gəlin dəfn edilib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!