Nar – behişt meyvələrindəndir ki, Quranda 3 dəfə adı çəkilmişdir

Nar – behişt meyvələrindəndir ki, Quranda 3 dəfə adı çəkilmişdir
Maraqlı məlumatlar
10.09.2017 13
Qurani-Kərimdə bir çox meyvələr İlahi nemət kimi zikr edilmişdir. Yaşadığımız mövsümdə nar - ən aktual meyvələrdəndir. Nar barədə Qurani-Kərimdə və hədislərimizdə buyurulmuş məqamlara diqqət edək. (Tebyan/Deyerler)



Nar behişt – meyvələrindən biridir ki, Quranda üç dəfə adı çəkilmişdir."Çardaq üzərində olan və çardaqsız bağları, xurma ağacını, müxtəlif məhsullu əkini və bir-birinə oxşayan və oxşamayan zeytunu və narı yaradan Odur”. ("Ənam” 141).

"Həmçinin üzüm ağaclarından bağlar, (eləcə də) bir-birinə oxşayan və oxşamayan zeytun və nar (ağacları yetişdiririk)”. ("Ənam” 99).

"O iki cənnətdə (hər növ) meyvə (ağacı), xurma və nar ağac(lar)ı vardır”. ("Rəhman” 68).

Nar - şeytanın düşmənidir.

İmam Əli (ə) buyurur: "Uşaqlarınıza nar yedizdirin. Çünki danışmaq qüvvəsini sürətləndirər”.

Həzrət Əli (ə) başqa yerdə buyurur: "Narı onun piyi ilə (üzərində olan sarı qabıq və nar dənələrinin arasında olan pərdə ilı) yeyin. Çünki o sarı qabıq mədəni dabbağ edər və mədədə olan hər bir dənə nar ürəyi dirildər, canı nurani və şeytanın vəsvəsəsini 40 gecə təsirsiz edər”.

Həzrət Peyğəmbər (s) buyurur: "Şirin nar yeyin. Çünki onun elə bir dənəsi yoxdur ki, mədəyə getsin, məgər o halda ki, ağrı və xəstəliyi məhv etməsin”.

Həzrət Rəsuli-Əkrəm (s) buyurur: "Elə bir nar yoxdur ki, orada behişt dənəsi olmasın. Mən sevirəm ki, hətta onun bir dənəsini belə tərk etməyəm”.

Rəsuli-Əkrəm (s) buyurur: "Hər kim nar yeyər, dərdi bədəndən çıxardar”.

İmam Sadiq (ə) buyurur: "Hər kim nar yeyər, canı səhərə qədər amanda olar”.

Həzrət Peyğəmbər (s) buyrur: "Nar yeyin, çünki onun elə bir dənəsi yoxdur ki, mədəyə düşməsin, məgər o halda ki, ürəyi aydınlandırar və şeytanı 40 gün bədəndən çıxardar”.

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim nar yeyər, ürəyini aydınlandırar, vəsvəsəni 40 gün ürəyindən çıxardar”.

İmam Sadiq (ə) buyurur: "Meyvənin 101 rəngi vardır və ağası nardır”.

İmam Rza (ə) buyurur: "Nar yeyin, çünki əgər onu ac vaxtı yesən, sənə kifayət edər. Əgər tox olan zaman yesən, yeməyi həzm edər”.

İmam Sadiq (ə) buyurur: "Mömin hər cümə gecəsi nar yeyər”.

Həzrət Peyğəmbər (s) buyurur: "Narı piyi ilə yeyin, çünki mədəni yuyar”.

İmam Əli (ə) buyurur: "Narı piyi ilə yeyin, çünki dişlərin saralmasını və ağızın pis iyini aradan aparar. İnsanı pak edər”.

İmam Sadiq (ə) buyurur: "Narı piyi ilə yeyin, çünki mədəni pak edər, zehni gücləndirər”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!