Selfi çubuqlarından istifadə etmək qadağandır!

Selfi çubuqlarından istifadə etmək qadağandır!
Maraqlı məlumatlar
10.09.2017 14
Bir müddət əvvəl müvafiq məhdudiyyətləri Mie prefekturasındakı "Nagashima Spa Land" əyləncə parkı tətbiq edib. Hazırda insanlar selfi üçün çubuqlarla hovuz və attraksiona buraxılmır.



İyun ayında bu cür qadağalar Ayti prefekturasındakı İnuyama şəhərində meymunlar parkında tətbiq olunub, çünki onun ərazisi elektrik hasarla əhatə olunub, həm də bu cür qurğuları meymunlar diqqətsiz turistlərin əlindən asanlıqla ala bilər.



Məhdudiyyətlər tədricən dəmir yolunda da qoyulmağa başlayıb. "JR Tokai" şirkətinin əməkdaşları stansiyalarda yüksək gərginlikli xətlərin yaxın olması ilə bağlı selfi çubuqlarından istifadənin təhlükəli olması haqqında xəbərdarlıq edir. Bundan başqa, bir çoxları sürətli ekspresslərlə şəkil çəkdirməyə can atır və bunun üçün platformanın kənarına dayanır.



İyul ayından ABŞ-ın "Walt Disney" şirkəti də öz attraksionlarında selfi çubuqlarının istifadəsinə qadağa qoyub.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!