Heyvanlar təbiəti necə görür?

Heyvanlar təbiəti necə görür?
Maraqlı məlumatlar
10.09.2017 33
Həşəratlar və heyvanlar təbiəti necə görürlər? Bu sual insanlarda həmişə maraq doğurub. İndi bu suala sadə kamera və kompyuterin köməyi ilə cavab vermək mümkündür.



Böyük Britanıyanın Ekseter Universitetinin alimləri təsvirləri ayırd edən və multispektral kalibrlənmə cihazı işləyib hazırlayıblar. Bu cihazda insanlar təbiəti heyvanların gözü ilə görə biləcəklər.



Əvvəlcə kamerada siyahıda olan heyvanlardan birinin adı seçilir. Sonra kamera şəkilləri çəkir, fotolar kompyuterə yerləşdirilir. Kompyuter avtomatik olaraq uyğun rəngi seçir.



Qeyd edək ki, bəzi heyvanlar təbiəti yalnız qırmızı, bəziləri göy və sarı rəngdə, digərləri isə insanın xüsusi kamera olmadan görə bilmədiyi rənglərdə görür. Bildiyimiz kimi heyvanlar özlərini qoruyan zaman müxtəlif rənglərə düşürlər. Alimlər yeni cihazdan bu prosesləri öyrənmək məqsədilə də istifadə edəcəklərскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!