Azərbaycanlı kişi facebookda elan verdi: “ Həyat yoldaşım məni evləndirmək istəyir”

Azərbaycanlı kişi facebookda elan verdi: “ Həyat yoldaşım məni evləndirmək istəyir”
Maraqlı məlumatlar
10.09.2017 40
Fakto.info xəbər agentlyi Lent.az-a istinadən xəbər verir ki, bu gün sosial şəbəkələrdə maraqlı bir elan yayılıb. Bu elan evlənmək istəyi ilə elanların verildiyi saytların birində yer alıb. Elanın məzmunu belədir: "Hörmətli düzlüyü sevən xanımlar! Mən evlənmək məqsədi ilə özümə daimi ömür-gün yoldaşı axtarıram, tam sağlam, mehriban, əlləri düz, uşaqsız, insana can yandıran, böyüklərə hörmət edən və yaşadığı evdə səliqə-səhman yaradan 35 yaşından 40 yaşına kimi, həyalı və abırlı xanım axtarıram. Özüm imkanlıyam, hökumət vəzifəsində çalışmışam, Bakı şəhərində 5-otaqlı özəlləşdirilmiş, öz adıma evlərim var, indiyə kimi heç vaxt xəstələnməmişəm, çünki, bütün zərərli vərdişlərdən həmişə uzaq olmuşam, həyat yoldaşım ilə 35-40 ilə yaxındır bir yerdə yaşayırıq, aramızda heç vaxt dava-dalaş olmamışdır, yoldaşım yaşlı olduğuna görə evimizə və mənə baxa bilmir, ikimizin razılığı ilə bu məsələni həll etmək istəyirik, yazılan şərtlərlə xanımlar ..... (telefon nömrəsi yazılıb-red) ev telefonuna zəng edə bilərlər. Zəng edən xanımlar heç zaman peşman olmazlar. Xahiş edirəm, uşaqlılar və razı olmayanlar zəng etməsinlər. 8 ildir həyat yoldaşımla ayrı-ayrı otaqlarda yaşayırıq."
P.S. Bunun heç bir şərhi yoxdur.....
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!