Qaşlarını tez-tez qaldıranlarla bağlı maraqlı fakt üzə çıxdı

Qaşlarını tez-tez qaldıranlarla bağlı maraqlı fakt üzə çıxdı
Maraqlı məlumatlar
10.09.2017 60
Türkiyəli estetik cərrah Akın Yücel gözətrafı estetik əməliyyatla bağlı xanımları maraqlandıran məlumatlar verib



Göz ətrafında yaranmış yaşlılıq əlamətlərini gizləmək çox çətindir. Buna görə də xanımların estetik cərrahlara daha çox gözətrafı problemlərlə müraciət etməsi təəccüblü deyil.



Otuz yaşından sonra göz qapaqlarında sallanmalar olur, alt qapaqlarda torbalar əmələ gəlir. Göz kənarlarına isə "qaz ayağı” deyilən qırışlar düşür. Bütün bu dəri problemləri isə üzün solğun və daim yorğun görünməsinə yol açır. Daim qaşlarını qaldıraraq danışan xanımlarda alın xətləri dərinləşir, üstəlik, günün sonunda baş ağrıları şiddətlənir.



Üst qapaqlardakı dəri yığılması xəstənin gözünü tam açmasını və görmə qabiliyyətini çətinləşdirir. Bu kimi problemləri aradan qaldırmaq üçün alın və gicgahları, qaşları qaldırma əməliyyatları, yuxarı göz qapağı əməliyyatları (üst göz qapağında plastik əməliyyat), aşağı göz qapağı əməliyyatları edilir.



Estetik cərrahın sözlərinə görə, üz gəncləşdirmə əməliyyatlarında qaşların həddindən artıq qaldırılması üzdə qəribə heyrət ifadəsi yaradır. Bu səbəbdən əməliyyatdan əvvəl xəstənin gənclik fotoşəkillərini istəyərək qaş-göz məsafəsini müəyyənləşdirmək lazımdır. Yalnız bundan sonra həkim  əməliyyatın uğurlu nətəcələnəcəyinə zəmanət verə bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!