İnanaclarımız nələrdir

İnanaclarımız nələrdir
Maraqlı məlumatlar
10.09.2017 10
Quraqlıq vaxtı yağış yağsın deyə, tısbağanı ayağından asarmışlar.

Qulaq cingildәyəndә «kimsә sözümü danışır» — deyәrlәr.

Qulaq qaşınanda «yağış yağar» — deyərlәr.

Qulağı uzun olanın ömrü dә uzun olar — deyәrlәr. Qulağı böyük olanın baxtı da açıq olar — deyәrlәr.

Qulağı kiçik olan kişinin arvadı da gözәl olar — deyәrlәr.

Dağdağan, cәviz, zoğal, çinar, әncir ağacı müqәddәs sayılar — deyәrlәr. Onları kәsәn, yandıran sağ can görmәz.

Dar vaxtı evi süpürmәk, evdən şey çıxarmaq ziyanlıq gәtirәr — deyәrlәr.

Dar vaxtı, ya gecә vaxtı başqa evә əlәk versәn, çuvalın bәrәkәtsiz olar — deyәrlәr.

Dilin ucuna pay çıxıbsa, «artıq pay yemisәn» — deyәrlәr.

Deyәrlәr nar, alma, armud һәr bir kəsin dilәk ağacıdır. Onları becərən xeyir tapar.

Deyәrlәr ki, süpürgә, ilğın ağacı ilә һər kәsi vursan, şәrә düşәrsәn.

Deyәrlәr odun üstünә su tökmәzlәr. Od sönsә, ocaq sönәr. 

Deyәrlәr ki, yuxuda at görsәn, murada çatarsan.

Deyәrlәr ki, sağ gözün səyirməsi xeyrәdir, solunku şәrә.

Deyәrlәr ki, yağış yağana yaxın qaranquşlar alçaqdan uçar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!