intimoda qoruyucu məcburiyyəti

intimoda qoruyucu məcburiyyəti
Maraqlı məlumatlar
10.09.2017 132
Məqsəd HİV-dən qorunmaqdır
ABŞ-ın Los-Anceles şəhərində intimo filmlərdə aktyorların prezervativlərdən istifadə etməsi haqda qanun qəbul edilib. Qanuna görə intimo filmlərdə çəkilən aktyorlar məcburi şəkildə prezervativdən istifadə etməlidirlər.
Ötən il bir intimofilm aktyoru HİV pozitiv çıxmış və ölkədəki intimofilmlərin istehsalı bir müddət dayandırılmışdı.
Los Anceles bələdiyyəsinin sədri Antonio Villaraiqosanın imzaladığı qanun, tibb çevrələrində xoş qarşılanıb. Amma intimoçuları narahat edib. Onlar bildirirlər ki, bu qanundan sonra şəhəri tərk etməyə məcbur ola bilərlər.
Amerikanın intimo sənayesinin ürəyi sayılan Los Ancelesin San Fernando məhəlləsi milyardlarla dolların qazanaldığı yerdir. ABŞ-da çəkilən intimo filmlərin 90 faizinin məhz burada istehsal edildiyi təxmin edilir.
Yeni qanunun necə tətbiq ediləcəyi hələ bəlli deyil. Bu barədə hələ ki, müzakirələr davam edir.Mərkəzi Los Ancelesdə yerləşən AİDS-lə mübarizə fondu da belə bir qanunun qəbul edilməsindən məmnun olduğunu bildirib. Fonddan bildiriblər ki, bu qanun cinsi yolla yayılan xəstəliklərin qarşının alınmasına kömək edəcək. Fond intimo filmlərdə prezervativlərdən istifadə olunmasının məcburiliyi haqda qanunun qəbul edilməsi üçün 6 aydır kampaniya aparırmış.BBC-nin xəbərinə görə "Los Anceles şəhəri doğru qərar çıxarıb", - deyən fondun rəhbəri Maykl Uensteyn şəhəri tərk edərək başqa yerlərdə fəaliyyətini davam etdirəcək intimo aktyorları nəzarət altında saxlayacaqlarını bildiriblər.
intimo istehsalçıları isə deyir ki, prezervativ istifadə edilən filmlər tamaşaçı rəğbəti qazanmır. Ona görə də filmlərdə prezervativ istifadə edilmir.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!