Cavabsız suallar...

Cavabsız suallar...
Maraqlı məlumatlar
10.09.2017 14
Heç düşündünüzmü, bu dünyaya niyə gəldik? Vəzifəmiz nə? Niyə
yaşayırıq? Öləndən sonra nə olacaq?... Əlbəttə, düşündük! Bu sualları
hər kəs zamanla öz-özünə verir. Bəs cavab? Verdiyimiz suallara cavab
tapa bilirikmi? - Yox... Cavab tapa bilsəydik, hər dəfə bu sualları
öz-özümüzə verməzdik. Bəs kim cavablayacaq suallarımızı?... Heç kim...
Suallara cavab axtarmaqdan yoruldum artıq... Ümumiyyətlə, bu sualları
öz-özümüzə verib beynimizi yormağın bir faydası varmı? Bax, bu sualın
belə cavabını verə bilmirəm... Dünya niyə yarandı? Kim yaratdı? Yox, bu
sualın cavabını bilirəm artıq. Dünyanı Allah yaradıb. İndi bir sual da
yarandı beynimdə. Bəs Allahı kim yaradıb?? Hər şey necə öz-özünə yarana
bilər? Bu necə mümkün olub? Allah indi bu yazdıqlarıma baxıb nə düşünür
mənim haqda? Bəlkə sualların cavabını mənə vermək istəyir? Görəsən, onun
gözündə mən necə bəndəyəm? Görəsən, sağ, yoxsa sol çiynimdəki mələyin
siyahısı daha uzundur? Görəsən, qəbirstanlıqda yatan ölülərdən neçəsi
cənnətə, neçəsi cəhənnəmə gedib? Görəsən, utanaraq insanlardan pul
dilənən uşağın qarnı indi toxdur, ya ac? Şəhərdəki binalara baxıram...
Görəsən, həmin binaları tikən usta indi xoşbəxtdirmi? Görəsən,
görəsən.... Əgər bu suallara cavab tapa bilmiriksə, o zaman cavabı
özümüz yaradaq! Məsələn, sağ çiynimdəki mələyin siyahısı daha uzundur.
Mən yaxşı insanam. Qəbrdəki cansız cəsədlərin ruhu indi cənnətdədir.
Dilənçi uşaq indi yeməyini yeyib və rahat, isti yatağına uzanıb yuxuya
gedir... Həmin usta da indi varlı insanlardan biridir... Mən sualların
cavabını özüm tapdım. Sualları beynimdə yaradıramsa, cavabını da özüm
verməliyəm. Nəyə görə özümün günahkar bəndə olduğumu, ölülərin
cəhənnəmdə yandığını, dilənçinin yoxsulluq içində yaşayıb axırda can
verməsini, ustanın indi bədbəxt olduğunu fikirləşim? Axı hər şey həmişə
belə davam etməməlidir. Fərqlilik yaradaq. Xoşbəxt sonluğa inanaq...
Xoşbəxtlik isə özü hər dəfə gəlib sizi tapmaz. O sizi tapmırsa, siz onu
axtarın! Necə ki, mən bu sualların cavabını tapdım. Hər kəsin xoşbəxt
olduğuna inandım... Əsas elə budur! İnanmaq... İnan! İnanın! Xoşbəxt
olacağınıza inanın... Suallara da bu şəkildə cavab tapın... cavabsız
sualların cavabı elə özümüzdədir...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!