Göydələndə meyvə və tərəvəzlər yetişdiriləcək

Göydələndə meyvə və tərəvəzlər yetişdiriləcək
Maraqlı məlumatlar
10.09.2017 12
Almaniya memarları Aqneşka Praybiş və Piter Sandxaus birgə hazırladıqları "Green 8” göydələninin layihəsini Berlinin şərq hissəsində həyata keçirməyi planlaşdırırlar.



Memarlar binaya "şaquli ev-bağ” şərti adını veriblər. Layihə müəllifləri həm də iddia edirlər ki, bununla onlar əhalinin mənzil problemini həll etməklə yanaşı, təbiətlə yaxından təmaslarına da şərait yaratmış olurlar. Göydələn formaca 8 rəqəmini xatırladır. Binanın daxilində gül, meyvə və tərəvəzlərin yetişdirilməsi üçün bağça və parniklərin salınması planlaşdırılır.



Bundan əlavə, bina sakinlərinin sağlamlığı məqsədilə idman zalı və hovuz da inşa olunacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!