Dünyanın ən təhlükəli 10 şəhəri

Dünyanın ən təhlükəli 10 şəhəri
Maraqlı məlumatlar
10.09.2017 65
Almaniyanın Alfred Vegener adına Qütb və Dəniz Tədqiqatları İnstitutu 
dünyanın ən təhlükəli 10 şəhərinin adını açıqlayıb.
 
,Türkiyənin İstanbul şəhərinin də olduğu siyahı zəlzələ, sunami və
vulkan püskürmələri kimi təbii fəlakətlər nəzərə alınaraq hazırlanıb.
 
Dünyanın ən təhlükəli on şəhəri aşağıdakılardır:
 
1.Tokio (Yaponiya): 38 milyon əhalisi olan şəhər son dərəcə aktiv
tektonik fay xəttində yerləşir. Bura dünyada ən dağıdıcı zəlzələlərin
olduğu bölgədir.
 
2.Osaka (Yaponiya): 11 milyon əhalisi olan şəhər Tokio kimi eyni
təhlükəli zəlzələ xəttində yerləşir. Burada son böyük zəlzələ 1995-ci
ildə baş verib və 6 mindən çox adam həyatını itirib.
 
3.Jakarta (Jakarta): 30 milyon əhalisi olan Jakarta da zəlzələ
bölgəsində yerləşir. Jakartanın böyük hissəsi dəniz səviyyəsindən
aşağıdadır. Bu isə şəhəri zəlzələdən sonra yarana biləcək sunami
təhlükəsi ilə qarşı-qarşıya qoyur.
 
4.Naqoya (Yaponiya): Əhalisi 2,5 milyon olan Naqoya da Tokio və Osaka kimi zəlzələ bölgəsində yerləşir.
 
5.Los-Anceles (ABŞ): Əhali 12,8 milyon olan Los-Anceles aktiv
tektonik fay xətti üzərində yerləşir. Bölgədə çoxlu sayda nüvə
stansiyası var.
 
6.San-Francisko (ABŞ): Əhali 4,5 milyon olan San-FranSisko da aktiv
tektonik fay xətti üzərindədir. 1906-cı ildə baş verən son böyük
zəlzələdə 3 minə yaxın adam həyatını itirib. Zəlzələ mütəxəssislərinə
görə, şəhərdə hər an yeni bir güclü zəlzələ ola bilər.
 
7.Tehran (İran): Əhalisi 8,5 milyon olan Tehran zəlzələ fay xəttinin
üzərində yerləşir. Binaların zəlzələyə qarşı kifayət qədər davamlı
olmaması təhlükəni artırır.
 
8.Manila (Filippin) : Əhalisi 11,9 milyon olan Manİla da eyni
şəkildə böyük zəlzələ təhlükəsi olan şəhərlərdən biridir. Sıx əhalisi və
zəlzələyə davamlı binaların az olması təhlükəni artırır.
 
9.İstanbul (Türkiyə): Əhalisi 14,3 milyon olan İstanbul Asiya və
Avropa tektonik faylarının üzərində yerləşir. İstanbulda 2025-ci ilə
qədər güclü zəlzələ baş verməsi ehtimalı olduqca yüksəkdir. Burada da
əhalinin sıx olması və binaların zəlzələyə qarşı davamsız olması
təhlükəni artırır.
 
10.Napoli (İtaliya): Əhali 1 milyon olan şəhərin altında böyük bir
magma yatağı mövcuddur. Mütəxəssislər  təzyiq altında olan magmanı super
vulkan kimi qiymətləndirirlər. Napolidə yaxın vaxtlarda vulkanik
partlayışın baş vermə ehtimalı yüksəkdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!