Gənc yazıçılara 10 tövsiyə

Gənc yazıçılara 10 tövsiyə
Maraqlı məlumatlar
10.09.2017 14
Əsl adı Adelin Stefan olan Virciniya Vulf 1882-ci ildə Londonda
dünyaya göz açıb. Səhhəti ilə bağlı yaşadığı problemlərə görə məktəbə
getməyən Virciniya Vulf 12 yaşında anasını, 22 yaşında isə atasını
itirib.   "Xaricə səyahət” adlı ilk kitabı 1915-ci ildə işıq üzü görüb.  
1929-cu ildə işıq üzü görən "Özünə aid bir otaq” əsəri klassik feminizm
nümunələri arasında özünəməxsus yer tutur. Xanım yazıçının əsərləri
50-dən çox dilə tərcümə olunub. Təkrarolunmaz əsərləri ilə dünya
ədəbiyyatına adını yazdıran Virciniya Vulf 1941-ci ildə mart ayının
28-də özünü evinin yaxınlığındakı çaya ataraq intihar edib.   
 
1. Ədəbiyyat zövqünüzü yaxşı kitablarla deyil, pis kitablarla formalaşdırın.  
 
2. Bir yazıçının əsas amalı bacardıqca öz şüurunu zahirə əks etdirməsidir.  
 
3. Yazmaq – yalnız özün oxuyacaqsansa belə, yaxşı vərdişdir.  
 
4. Yazmaq vərdişlərinə yiyələnmək üçün mütləq gündəlik tutun.  
 
5. Hər gün yazın, müstəqil yazın.  
 
6. Yazmağı heç vaxt ertələməyin.  
 
7. Bir adamın digərinə oxumaqla verdiyi bircə məsləhət ola bilər – tövsiyələrə qulaq asmamaq.  
 
8. Yazmaq istədiyinizi yazdığınız təqdirdə heç bir problem yoxdur.  
 
9. Otuz yaşına çatmamış heç bir əsərinizi çap etdirməyin. Əgər
çap etdirsəniz, müstəqilliyiniz çərçivələnər. Ətrafdakı insanların
fikirlərini önəmsəməyə başlayarsınız.  
 
10. Hər cümlə öz daxilində mütləq bir qığılcım yaşatmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!