Bakı vaxtı ilə tənhalıq davam edir

Bakı vaxtı ilə tənhalıq davam edir
Maraqlı məlumatlar
10.09.2017 26
Tənhalıq nədir?

O necə olur? Ən əsası niyə və kimə görə? Həqiqətən də burada cavab
vermək çətindir, çünki variantlar həddindən artıq çoxluq təşkil edir.

Çox insanlar tənhadırlar, ancaq çoxluq özünü tənha hiss edir. Bu isə
böyük fərqdir. Bu anlamlar ətrafında fikirləşdikdə, yəni tənha olmaqla
özünü tənha hiss etməyin fərqini tapmağa çalışdıqda, bu zaman anlamış
oluruq ki, bunların arasında eynilik yox, sadəcə asılılıq mövcuddur.

Tənhalıq- bu mərhələdə hər hansısa münasibətə, dəstəyə, başqaları
tərəfindən başa düşülməyə ehtiyac duyulur. Kimsə bunu sakit keçirdir,
kimisə bunu sevinir, kimisə əzab çəkir və özünə yer tapmır. Bundan da
bir nəticə çıxarmaq olar ki, tənhalıq müxtəlifdir.



Arzu olunan tənhalıq

Bəli,bəli. Tənhalığı arzu edən zaman insan özünü çox rahat hiss edir.
Onun çoxlu sayda dostları və yaxud tanışları ola bilər, ancaq bu insan
onları özünə yaxın buraxmır və onlarla ünsiyyətdə olmaqdan qaçır. O özü
ilə təklikdə qalmağa alışıb. Bəzən bu tip insanlar düşünürlər ki, digər
insanlar onlara sadəcə yaşamaqda mane olur. İnsanı bu cür düşünməyə
vadar edənsə sadəcə olaraq onun xarakteri, onun cəmiyyətdə tutduğu
mövqesi və keçmişi ola bilər



Məcburi tənhalıq

Bu anlam ilə hər şey daha çətindir.Hərdən olur ki, iş elə insanın
özündə olur, ancaq bəzi hallarda insanın yerləşdiyi mühit bu cür hala
səbəb olur. Ancaq bu iki hal da bir biri ilə sıx əlaqədardır. İnsan
ətarfında olan insanlarla uyğun gəlməyə bilər və buna görə də bu
insandan imtina edilə bilər. Məsələn, bu insanın sosial halı digərlərinə
baxanda çox-çox aşağıdır və s bunun kimi hallar. Bu cür hallarda isə
tənha insan artıq cəmiyyətdən qovulduğunu da hiss edə bilər. Ancaq
tələsməyin, sadəcə olaraq ətrafınızda olanlara alışmağa çalışın və
onları da özünüzə alışdırın. Səbirli olub, baş verən hadisələrə yaxşı
tərəfdən baxın.



Gizli tənhalıq

İnsan hətta öz doğmaları, dostları və yaxud tanışları arasında da tənha
ola bilər. Çox zaman hər şey hisslərlə başlayır. Deyildiyi kimi, olmaq
anlamı və fərqi hissetmə. Məsələn, insanın yaxınları, tanışları,
doğmaları var ancaq o özünü yenə də tənha hiss edir. O bu insanlarda ona
kifayət qədər diqəət göstərən və onu başa düşən insanları görmür. Bu
onun tərəfdən ayrı seçkilik deyil. Xeyir. Bu sadəcə gizli olan bir
tənhalıqdır. Deyəsən dost var, ancaq yox deyəsən yoxdur.

 Burdan alınır, yaxşı dost=dost, dost=tanış, doğma insan=ən yaxşı dost.
Bərabərlik təbii ki, müxtəlif olur. Doğma insan çox asanlıqla sadəcə
tanış insana çevrilə bilər. Gizli tənhalıq keçirmək istəmirsinizə o
zaman ətrafınızda olan insanlara sizi narahat edən hallardan danışın və
birlikdə bu xoşagəlməz halı həll etməyə çalışın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!