OŞO - " Özünü kəşf et " kitabından seçmələr

OŞO -
Maraqlı məlumatlar
10.09.2017 47
Çıx bayıra! Dünya çox gözəldir, macəra doludur… Bu bir dəvətdir, sənə
dəyər qatar. Qorxusuzca çıx bayıra… İtirəcək bir şey yoxdur. Hər şey
qazanmaq üçündür… Və qətiyyən soruşma: "Kim mənim gerçək dostumdur”
deyə… "Mən kiminsə gerçək dostuyammı” deyə soruş. Doğru sual budur.
Daima özünlə əlaqəli ol. Kəşf et, özünü… Əks halda, hələ özünü belə
bilməyən başqa insanların fikirlərinə bağlı qalacaqsan. Bu həyatda, səni
maraqlandırmalı olan tək fikir, öz haqqındakı fikrin olmalıdır.
 
Qapını aç. Təzə hava içəri girəndə, təhlükələrin də içəriyə
girməyi üçün hər cür ehtimal mövcuddur.  Dost gəldiyi zaman düşmən də
gələr, çünki, gündüz və gecə birlikdə içəriyə girər, acı və zövq
birlikdə içəriyə girər, yaşam və ölüm birlikdə içəriyə girər. Acıdan
qorxma, əks təqdirdə anesteziya altında yaşayacaqsan.
 
Zehnində bir çox insanla rastlaşarsan: "Din adamı, müəllimlər,
dostlar, qonşular, qohumlar…”  Onlarla dalaşmağına ehtiyac yoxdur.
Sadəcə bu səsin, sənin səsin olmadığını bilməyin kifayətdir. Başqa 
birinin səsidir, o… Hər kimindirsə, o, başqa biridir. Nəticəsi hər nə
olursa, olsun: "Yaxşı ya da pis” onu təqib etməməlisən. Onu dinləmədiyin
zaman özün qərar verərək hərəkət edirsən. Yetkinləşməyə qərar verirsən.
Bir uşaq olaraq qaldığın, bəsdir ! Bu qədər asılı qaldığın, bəsdir!
Bəsdir, bütün bu səsləri dinləyib durduğun…
 
Uşaqlığından bəri davamlı olaraq,  "qızıl gül çox gözəl bir
çiçəkdir, əla bir çiçəkdir” sözlərini eşidirsən. Buna görə də bir qızıl
gül gördüyün zaman, dərhal düyməsinə basılmış bir kompüter kimi, "bu çox
gözəldir”, deyirsən. Bunu həqiqətən hiss edirsənmi? Bu sənin içindən
gələn duyğulardırmı? Əgər deyilsə, söyləmə. Bir şeyi hiss etmirsənsə,
qətiyyən söyləmə.
 
Yetkin bir zehnin tək bir sualı var : " Kiməm mən?”
 
Savaş problem deyil, problem, fərdi təcavüzkarlıqdır. Savaş,
sadəcə, fərdi təcavüzkarlığın toplamıdır. Sən etiraz yürüşləri etməkdə
ol və savaş dayandırılmaycaq.  Əyləncəni sevən bir neçə insan var,
onları hər hansı bir etiraz yürüşündə tapa bilərsən.
 
Zehin, sadəcə bir aynadır, xəzinəni yansıtmaqdadır, amma öz
içində bir xəzinə deyil. Xəzinə, zehnin arxasındadır, sənin öz
mənliyindir.
 
Beyin yumaq, cinayət deyil. Cinayət, insanların zehnini kirlətməkdir.
 
Hiyləgərlik, qorxudan qaynaqlanır. Buna görə də, insan nə qədər
qorxu içində olarsa, o qədər hiyləgər olduğunu görəcəksən. Cəsur bir
insan, hiyləgər deyil, cəsarətinə söykənə bilər, lakin qorxan bir insan
ancaq hiyləgərliyinə bel bağlaya bilər. İnsan nə qədər aşağıdırsa, o
qədər hiyləgərdir- nə qədər üstündürsə, o qədər məsumdur.
 
Müsəlman, xristian, hindu maskasının altındakı  "gerçək insan” eynidir.
 
Unutma ki, həyatda sadəcə tək bir yalnış var, o da heç hərəkət
etməməkdir, sadəcə qorxaraq oturmaqdır, sadəcə hərəkət etdiyin zaman bir
şeylərin düzgün getməyəcəyindən qorxmaq, yəni gözləmənin və oturmağın
daha yaxşı olduğunu düşünməkdir. Tək yalnış budur. Təhlükədə olmazsan,
amma böyümə də olmayacaqdır.
 
Bir şeyi böyütməmək istədiyin zaman onu sadəcə özünə saxla və o,
öz-özünə ölər. Eynilə, laqeyd qalınmış , sulanmamış bir bitki kimi o,
durmadan solar və ölər. Elə isə nə zaman gözünə saxta bir şey dəysə,
sadəcə onu bir kənara qoy…
 
Dərinlərdə bir yerdə sevilmək istədiyimi fərq edirəm, deyirsən.
Sevilmək istəyirsənsə, sev! Çünki verdiyin hər şey sənə geri qayıdar.
Sevilmək istəyirsənsə, sevilmək istəyini unut, sevgi min bir yoldan sənə
gələcəkdir. Həyat yansıdar, həyat əks edər, həyat sənin həyata verdiyin
hər şeyi geri gətirər. Buna görə də sevilmək istəyirsənsə, istəməyi və
sevilməyi unut- o zaman problem bu deyildir. Qayda sadədir: Sev.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!