Höte - "Faust" kitabından seçmələr

Höte -
Maraqlı məlumatlar
10.09.2017 6
Dünya üzərində qaçdım durdum; hər zövqü daddım, qeyri-kafi olandan əl
çəkdim, əlimdən qaçanını isə buraxdım. Sadəcə istədim və hər istədiyimə
çatdım, çatdıqca yenisini istədim; həyatımı gücdən istifadə edərək
keçirdim; böyük və güclü addımlarla, indi isə onlardan imtina edərək
sağlam fikirli və ehtiyatlı davranıram. Yer kürəsini kifayət qədər
bilirəm, o biri dünyaya isə baxış qadağandır; qamaşan gözlərini ora
çevirən və buludların üstündə özünə bənzəyən varlıqlar olduğunu zənn
edənlər dəlidir! İnsan ayaqları üzərində sağlam durmalıdır və bu dünyaya
baxmalıdır. Çalışqan olanlar üçün bu dünya laqeyd deyil. Sonsuzluqlarda
dolaşmağa nə gərək var! Gördüyü hər şeyə sahib ola bilər, bu şəkildə
dünya üzərindəki günlərini formalaşdıra bilər.
 
Zövq və səfa çəkmək, insanı pisləşdirər.
 
Yenəmi savaş? Ağlı olan bunu sevməz!
 
Trubaların səsi qulaqları necə kar edərsə, qısqanclığın oxları da insanı o cür parçalayar.  Hər zaman belə olub!
 
İnsan yaşlanır, lakin ağıllanırmı, bilinməz.
 
Güc yerinə sürət!
 
Suyun olmadığı yerdə şəfa tapılmaz.
 
Əkilənin məhsulu, zamanla alınar!
 
Suflyorluq, şeytanın sənətidir!
 
Olduğum yerdə donub qalmaqda çarə axtarmıram. Ürpərti, insanlığın
ən yaxşı tərəfidir; Dünya, insanın duyğularının dəyərini artırdığı kimi
həyəcanlandığı zaman da fövqəladə olanı mənliyinin dərinliklərində hiss
edər.
 
Yeni bir sözdən narahat olacaq qədər dar beyinlisən? Öncədən eşitdiklərinimi eşitmək istəyirsən, hələ də?
 
İnsan, bu zərif həyatın iplilkərini hörərkən üzərində olduqca düşünməlidir.
 
Yaxşılıq istəyən insan, öncə özü yaxşı olmalıdır.
 
Budur, günəş də doğur. İşığı, gözlərimi qamaşdırır. Təəssüf ki,
gözlərim ağrıyır, başımı o biri tərəfə çevirirəm. İnsanın, ən önəmli
istəyinin təsiri ilə bu cür gözləri qamaşar.
 
Unutma, anlayışlı və səbrli hərəkət etsən, zamanla hər çətinliyin öhdəsindən gələrsən!
 
Eşq, xoşbəxt olmaları üçü bir cütlüyü bir araya gətirir, lakin ilahi həzzləri yaşatmaq üçün ikini üçləşdirir.
 
Zamandan yaxşı istifadə edin, çünki tez keçər. Yalnız nizamlı olmaq, sizə zamanın necə qazanılacağını öyrədər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!