Bu kənddə kişi yoxdur!

Bu kənddə kişi yoxdur!
Maraqlı məlumatlar
10.09.2017 13
Bu kənddə kişi yoxdur. Bəli, nə qədər qəribə səslənsə də, Keniyada
yerləşən Umoca kəndində sadəcə qadınlar yaşayır. Əsası 25 il öncə
Rebekka Lolosoli tərəfindən qoyulan kəndin öz qapılarını kişilərin üzünə
bağlamasının bir neçə səbəbi var. Ümumi şəkildə qadınlar hüquqlarının
pozulmasından azad olmaq üçün özlərini bu kəndə həbs edib.



Kəndin idarəçisi Rebekka gənc yaşlarında qadınların hüquqlarının
pozulduğunu müşahidə etdikdən sonra, zərif cinslilər üçün yaşayış
məskəni salmağa qərar verib. Bunun üçün o kişilərin buraxılmadığı kəndin
əsasını qoyub. Bu kənddə dul qadınlar, fiziki zorakılığa məruz qalan
xanımlar eləcə də valideynlərini itirmiş qızlar yaşayır.



Rebekanın kişisiz kənd layihəsinə qarşı çıxanlar çox olsa da, bu kənd
artıq 25 ildir ki, qadınlara rahat nəfəs almağa şərait yaradır. Svahili
dilindən tərcümədə "birlik” mənası verən Umocada yaşamaq indi Keniyada
hüquqları pozulan xeyli sayda qadının arzusuna çevrilib. Onu da qeyd
edək ki, bu kənddə yaşayan qadınlar gündəlik tələbatlarını da öz alın
tərləri, əllərinin qabarı ilə təmin edir. Kənddə kişilərin yaşamasına
icazə verilməsə də, onlar Umoca ərazisinə daxil ola bilirlər. Bir şərtlə
ki, bu kənddə qadınların qoyduğu qanunlarla oturub-durmalıdırlar. Əks
halda onları cinayət məsuliyyəti gözləyəcək.



Həyat şəraiti ağır olsa da, umocalı qadınlar yaxın gələcəkdə vəziyyətin
yaxşılaşacağına ümid edir. Belə ki, onlar kustar üsulla hazırladıqları
əşyaları bu qeyri-adi kəndi görmək üçün gələn və gündən günə sayları
artan turistlərə satmaqla normal qazanc əldə edirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!