Bu sirləri heç kimlə bölüşməyin..!

Bu sirləri heç kimlə bölüşməyin..!
Maraqlı məlumatlar
10.09.2017 7
Şərq mədəniyyətinin tədqiqatçısı Vyaçeslav Ruzov öz növbəti məqaləsində
hind müdrik adamlarının təcrübəsinə müraciət edib. O, sirrin nə olmasına
və ictimaiyyət içində nəyi danışmağın düzgün olmamasına dair mühakimə
yürüdür.



Maraqlı və hər bir insan üçün lazım olan bu siyahını oxuculara təqdim edirik:



1. İlk növbədə, uzağa gedən planlar barədə danışmaq lazım deyil. Bu
plan həyata keçməyənə kimi susun. Sizin istənilən ideyalarınız nəinki
mükəmməl deyil, bu ideyalarda çoxlu zəif nöqtələr var ki, onu
vurub-dağıtmaq çox asandır.



2. İkincisi, xeyriyyəçilik fəaliyyətiniz barədə söhbət etmək lazım
deyil. Xeyirxahlıq — bu dünyada nadir məqamdır və bu səbəbdən onu göz
bəbəyi kimi qorumaq lazımdır. Gördüyünüz yaxşı işlərə görə özünüzü
tərifləməyin. Belə münasibət lovğalığa gətirib çıxara bilər və bu da
yəqin razılaşarsınız ki, heç də ən yaxşı keyfiyyət deyil.



3. Üçüncüsü, asketikliyinizi adam içinə çıxartmaq lazım deyil.
Qidalanmanız, yuxunuz, seksual münasibətləriniz haqqında sağa-sola
danışmağa ehtiyac yoxdur. Askeza yalnız emosional vəziyyətlə vəhdət
təşkil edərkən rahatlıq bəxş edir.



4. Dördüncü susmağın gərəkdiyi məqam - öz qəhrəmanlığın haqqındadır.
Bizim hər birimiz gündəlik olaraq müxtəlif sınaqlarla qarşılaşırıq.
Kimsə xarici sınaqlarla üzləşir, kimsə daxili. Xarici sınaqlar üzdə
olur, buna görə də bu sınaqların müqabilində insanlar mükafatlanırlar,
daxili sınaqlar isə görünmədiyinə görə, onun öhdəsindən gəlməyin
müqabilində heç kimə heç bir mükafat vermirlər.



5. Beşinci sirr saxlamalı olduğunuz məqam, — bu, dini
mənsubiyyətinizdir. O, yalnız sizindir və heç kəsə bunu bildirmək gərək
deyil. Yalnız o halda bu barədə söhbət açın ki, o, nəinki sizə,
ətrafdakılara da lazımdır.



6. Heç bir halda, evinizdə olan münaqişələr və ailə həyatınızı
bölüşməyin. Yadda saxlayın: ailə həyatınıza dair problemlərdən nə qədər
az danışsanız, bir o qədər ailəniz möhkəm və sabit olacaq. Dava —
ünsiyyət prosesində yığılan neqativ enerjidən qurtulmaqdır. Öz
problemlərinizdən nə qədər çox danışsanız, bir o qədər ona
inanacaqsınız.



7. Yeddinci danışılmamalı məqam, — kimdənsə eşitdiyiniz pis sözlərdən
istifadə etməkdir. Küçədə çəkmələri batırmaq olar, bir də şüuru batırmaq
olar. Amma küçədə eşidilən hər axmaq sözü gəlib evdə danışan adam, evə
gəlib ayaqqabılarını çıxartmayan adamdan fərqlənmir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!