Dünyanın ən uzaq adası hansıdır?

Dünyanın ən uzaq adası hansıdır?
Maraqlı məlumatlar
10.09.2017 13
Tristan da Cunha – Atlantik okeanının cənub hissəsində
yerləşən bu ada Yer Kürəsinin qurudan ən uzaqlıqda yerləşən adası hesab
edilir. Onu Afrika sahillərindən 2800 kilometr, Cənubi Amerika
sahillərindən isə 3360 kilometr ayırır. Ona ən yaxın olan ərazi isə
Müqəddəs Yelena adasıdır ki, onlar arasındakı məsafə 2160 kilometrə
bərabərdir.
 
Bu ada öz adını onu kəşf edən şəxs hesab edilən portuqaliyalı
dənizçidən götürmüşdür. Qeyd edək ki, ada 100 kvadrat kilometr əraziyə
sahibdir və vulkanik xarakterlidir. Kraliça Mariya adlandırılan bu
vulkan fəaldır və adanın böyük bir hissəsini əhatə edir. Bu səbəbdən də
buradakı insanlar adanın şimal-qərb hissəsində, kiçik bir ərazidə
məskunlaşıb. Əhali isə burada 19-cu əsrin əvvəllərindən başlayaraq
məskunlaşıblar.
 
 
Amerikalı "romantiklər” qrupu burada öz cəmiyyətlərini yaratmağa
qərar versələr də, tezliklə ada britaniya tebeçiliynə keçir. 1817-ci
ildə ingilislər burada hərbi qüvvələrin yerləşdiyi Malkolm qalasını inşa
edir.
 
Hazırda adada daimi olaraq 300 insan yaşayır və əhali
çoxmillətlidir. Onlar amerikalıların, ingilislərin, hollandiyalıların və
italiyalıların nəsillərindəndirlər. Məsələn, burada amerikalı bir nəsil
artıq 1816-cı ildən burada məskunlaşıb.
 
Tristan da Cunha adası ada rəhbəri və 10 nəfərdən ibarət şura
tərəfindən idarə edilir. Şura üzvləri isə adanın qədimi məskunlaşmış
nəsillərin nümayəndələridirlər. Adanın paytaxtı isə Edinburq Semi Morey
adlanır. Ada sivilizasiyadan kilometrlərlə uzaqda yerləşsə də, həyat
üçün lazımi hər bir şeyə sahibdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!