Maxaraca ekspressi – Asiyanın ən bahalı qatarı

Maxaraca ekspressi – Asiyanın ən bahalı qatarı
Maraqlı məlumatlar
10.09.2017 16
Bütün Hindistan boyu hərəkət edən "Maxaraca ekspressi” yalnız ölkə
varlılarının özlərinə bəxş edə biləcəkləri bir hədiyyədir. Bu qatarla
səyahət 8 gün üçün nəzərdə tutulub və bu 8 gün ərzində sərnişinlər
ölkənin bütün görməli yerlərini müşahidə etmək imkanı əldə edirlər.
Bu səbəbdən də qatarın sürətli hərəkət etməsi elit təbəqə üçün elə də böyük əhəmiyyət daşımır.
Bu qatarla səyahət üçün ən ucuz biletin dəyəri 800, ən bahalı biletin
dəyəri isə 2500 dollardır. Əhalinin gəlirlərini nəzərə almaqla, 99%
hindli bu səyahətin yalnızca xəyalını qura bilər.
Qatar 24 vaqondan, həmçinin iki restoran vaqon, iki bar və
avtomobilli sərnişinlər üçün bir neçə yük vaqonundan ibarətdir. Yeri
gəlmişkən, ölkə əhalisinin bu qatara münasibəti birmənalı deyil. Bir
çoxları ondan yalnızca varlıların istifadə etdiyi üçün ona nifrət
bəsləyir, bir çoxları isə bu qatarın ölkə büdcəsinə gəlir gətirdiyini
düşünür. Vaqonların hər biri kondisioner, televizor, telefon, internet
və s. rahatlıqlarla təmin edilib.
 
Qatarın özü isə 88 sərnişin üçün nəzərdə tutulub. Qatarı yaratmaq üçün isə hidlilərə 13 milyon dollar lazım gəlmişdi.





 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!