“Dünya zirvəsi” haqqında bilmədikləriniz

“Dünya zirvəsi” haqqında bilmədikləriniz
Maraqlı məlumatlar
10.09.2017 7
Everest – planetimizin ən yüksək dağ zirvəsidir və onun ən pik
nöqtəsi dəniz səviyyəsindən 8848 metr yüksəklikdə yerləşir. Dağ öz adını
19-cu əsrin ortalarında Britaniya Hindistanında geodeziya xidmətinə
rəhbərlik etmiş ingilis Con Everestin şərəfinə qəbul etmişdir. Bundan
əlavə Everest bir neçə başqa adlara da sahibdir. Məsələn, Tibetdə onu
tərcümədə "İlahə-Qarlar anası” mənasını verən Comolunqma, Nepalda
Saqarmatha (Kainatin anası) adlandırılır.
Zirvənin hündürlüyünün ilk ölçülməsi 1856-cı ilə aiddir. Bu zaman onun hündürlüyü 29 000 funta bərabər olur.
20-ci əsrin sonlarında Everest-in hündürlüyü müasir texnika
vasitəsilə ilə ölçülür. Bu zaman onun hündürlüyünün əvvəllər təyin
edilən  hündürlükdən 25 metr daha yüksək olduğu aşkar edilir. Lakin bu
məlumatlar rəsmi olaraq tanınmır.
Everest zirvəsini ilk fəth edənlər isə Yeni Zellandiyalı alpinist
Edmund Hillari və Tenzing Norgey olur. Onlar 1953-cü il 29 may tarixində
zirvəyə qalxırlar və burada 15 dəqiqə keçirirlər. Hillari öz yol
yoldaşının şəklini Everest zirvəsində çəkir. Yeni Zellandiyalının isə bu
zirvədə qeydə alınmış heç bir şəkli yoxdur. Çünki onun yoldaşı
fotoaparatdan istifadə etməyi bacarmırdı.
Hazırda isə Everestin zirvəsinə qalxmaq hüququ əldə etmək üçün ödəniş
etmək lazımdır. Tibet tərəfindən bu icazənin verilməsi üçün isə 20
nəfərlik qrupa 5500 dollar nəzərdə tutulub. Nepalda isə qiymət bir qədər
bahadır, yəni 50 000 dollardır. Bundan əlavə, qrupdakı insanların sayı 7
nəfərdən artıq olmamalıdır.
1978-ci ildə alpinistlər Reinhold Messner və Peter Habeler ilk dəfə
olaraq oksigen maskası olmadan Everest zirvəsinə qalxmışlar. Everest
zirvəsinə qalxan ilk qadın statusuna isə Portlenddən olan amerikalı
qadın Steysi Ellison sahibdir. Bu isə 29 sentyabr 1988-ci ildə baş
vermişdi.
Müxtəlif məlumatlara görə isə, Everest zirvəsinə edilən yürüşlərdə
150-dən 200-ə qədər insan həlak olub. Alpinistlərin əksəriyyətinin
cəsədi isə həlak olduqları yerdəcə qalıb. Bu onların cəsədlərinə qarşı
hörmətsizlikdən deyil, çətin təbiət şərtlərindən irəli gəlir.
Yayda zirvədəki temperatur heç vaxt 0 dərəcədən yüksəlmir, qışda isə buradakı temperatur -60 dərəcəyə qədər enir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!