İnsan bədəni haqqında inanılmaz gerçəklər!

İnsan bədəni haqqında inanılmaz gerçəklər!
Maraqlı məlumatlar
10.09.2017 16
İlk baxışdan sadə görünən və bəzən nə qədər möcüzəvi xüsusiyyətlərə
malik olduğu haqqında düşünmədiyimiz insan bədəninin potensialı
bitib-tükənməzdir.
 
Life Fitness Akademiyasının mütəxəssisi Bünyamin Aysoy insan
bədəninə dair bəzi inanılmaz gerçəkləri açıqlayıb. Habertürk.com
saytında dərc olunan bu yazıda bununla bağlı olduqca heyrətamiz faktlar
yer alır. Belə ki...
 
- Normal insan bədənində mövcud olan elektrik 25 Watt-lıq bir lampanı dəqiqələr boyu yandırma gücünə malikdir.
 
- Parmaq izləri bənzərsiz və təkrarolunmaz olduğu kimi, hər kəs də bənzərsiz və analoqsuz bir dil izinə  sahibdir.
 
- Yetkin insanlarda körpə uşaqdan daha az sümük vardır. İnsan
doğulduqda təxminən 270 sümüyü olur, ancaq inkişaf müddəti ərzində
sümüklər əriyib bir-birinə qarışır və yetkin yaşa çatdıqda bədəndə
sadəcə 206 sümük qalır.
 
- Bədəninizin hər kvadrat santimetrinə düşən tük sayı şimpanzenin
tük sayı ilə eynidir. Xoşbəxtlikdən insanların tükləri daha açıq
rənglidir və çox insanlarda əhəmiyyətli hissəsi görünmür.
 
- Mədənin selikli qişasının xarici təbəqəsinin ömrü çox qısa
olduğu üçün onun 3-4 gündən bir yeniləndiyini bilirdinizmi? Əgər
yenilənməsəydi, mədənizə düşən qidaları həzm etmək üçün istifadə edilən
güclü turşular eyni zamanda mədəyə də zərər verəcəkdi.
 
- Qulaq çirki qulağın sağlamlığı üçün lazımlıdır. Bir çox insan
bundan xoşlanmasa da, qulaq çirki qulağın müdafiə sisteminin çox önəmli
bir parçasıdır. Daxili qulağı bakteriyalardan, göbələklərdən, çirkdən və
həşəratlardan qoruyur. Həmçinin içini yağlayır və təmizləyir.
 
- Qadınlar anadangəlmə kişilərdən daha yaxşı dad bilir.
Araşdırmalar qadınların iyləri ayırd etməkdə də kişilərdən daha yaxşı
olduğunu göstərib. Xüsusilə sitrus meyvələri, vanil, darçın və qəhvə
iylərini qadınlar daha yaxşı bilir.
 
- Burnumuz itlərinki qədər həssas deyil, ancaq 50 min fərqli iyi xatırlaya bilir.
 
- Elm adamlarının fikrincə, insanın IQ səviyyəsi yüksəldikcə o,
daha çox yuxu görməyə başlayır. Bu doğru ola bilər, ancaq ayıldıqdan
sonra yuxularınızı xatırlamırsınızsa, özünüzü pis hiss etməyin.
 
Bir çoxları gecə gördüyü yuxuların böyük bir qismini xatırlamır və bu yuxular ən çox 2-3 saniyə davam edir.
 
- İnsan bədənində dərinin hər kvadrat santimetrində təxminən 32
milyon bakteriya yaşayır. Bunların böyük əksəriyyəti zərərsizdir.
 
- Sarışınlar daha çox saça sahibdirlər. Saç rəngi saçımızın ne
qədər çox olduğunu müəyyən etməyimizə yardımçı olur. Buna görə də
sarışınlar ən üst cərgədə yer alır.
 
Bir insanda orta hesabla 100 min saç qılı olduğu halda,
sarışınlarda bu say orta hesabla 146 min təşkil edir. Qara saçlılarda
təxminən 110 min, qəhvəyi rəngli saçlılarda 100 min, qızılı saçlı
insanlarda isə saç qılı daha az – təxminən 86 minə qədərdir.
 
- İnsan bədənindəki ən böyük hüceyrə qadının yumurtasıdır. Ən kiçik hüceyrə isə sperma hüceyrəsidir.
 
Normal halda hüceyrələr görülə bilməyəcək qədər kiçikdir, ancaq
bir yumurta hüceyrəsi 1mm-lik diametri ilə açıq gözlə görülə bilər.
Sperm hüceyrəsi isə bir hüceyrə toxumasından biraz böyükdür, ancaq yenə
də çox kiçik hüceyrədir.
 
- Öz-özünüzü qıdıqlamanız mümkün deyil. Ən çox qıdıqlanan
insanlar belə özlərini qıdıqlama qabiliyyətinə sahib deyil. Bunun səbəbi
beyninizin parmaqlarınızın hərəkətini idarə edərkən qıdıqlama istəyini
təxmin etməsidir. Beyniniz qıdıqlamanın hardan gələcəyini bildiyi üçün
başqası qıdıqladığı zaman verdiyi reaksiyanı vermir.
 
- Həftələrlə heç nə yeməsəniz, ölməzsiniz, lakin yuxusuz
qalsanız, 11 gündən sonra yuxusuzluğa dözə bilməz və sonsuza qədər
yuxuya gedərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!