Gündə 4 saat yatmaqla nəyə nail ola bilərsiniz?

Gündə 4 saat yatmaqla nəyə nail ola bilərsiniz?
Maraqlı məlumatlar
10.09.2017 10
Orqanizmin gizli resurslarından istifadə etməklə gününüzü və dolayısı ilə də ömrünüzü uzadın...
 
Adətən gün ərzində 1 dəfə yatırıq: gecə yatırıq, səhər ayılırıq.
Yuxunun belə forması tək fazalı yuxu adlanır.  Bəzi insanlar gündüz də
yatmağa üstünlük verirlər ki, bu artıq cüt fazalı yuxu adlanır. Yuxunun
bu növü onunla maraqlıdır ki, gecə 6 saat və gündüz nahardan sonra yarım
saat yatılır. Bu minvalla da tək fazalı yuxu ilə müqayisədə 1,5 saat
artıq yuxu əldə edilir. Əgər insan gün ərzində 2 dəfədən çox yatırsa, bu
polifaz yuxu adlanır, hansı ki, məhz bu, həyatın şüurlu şəkildə
uzadılmasının sirrinu açır.
 
Polifaz yuxunu tez-tez orta əsrlərin dahi rəssamı və ixtiraçısı
Leonardo da Vinçi ilə müqayisə edirlər. Çoxsaylı ideyalarının həyata
keçirilməsi üçün ona hər zaman uzun müddət lazım olurdu ki, bu müddət də
ona heç vaxt kifayət etmirdi. Təşəbbüskar və bacarıqlı insan olan
Leonardo da Vinçi öz yuxu rejimini dəyişərək bu vəziyyətdən çıxış yolunu
tapmışdı. O, adi gecə istirahətini bir neçə hissəyə bölərək polifaz
yuxu rejiminə üstünlük vermişdi. Dahi insan hər 4 saatdan bir 15-20
dəqiqə yatır və bu yolla da nəinki "canlı” qalır, həmçinin böyük kəşflər
edirdi.
 
Texniki polifaz yuxu:




 
1. Dymaxion rejimi
 
Hər 6 saatdan bir yarım saat yuxu. Əsas olan yatıb qalmamaqdır.




 
2. Uberman rejimi
 
Hər 4 saatdan bir 20 dəqiqə yuxu. Hesab edilir ki, bu yuxu texnikasından Leonardo da Vinçi istifadə edirdi.
 


3. Everyman rejimi
 
Gecə 1,5–3 saat, sonra gün ərzində 3 dəfə 20 dəqiqə yuxu. Zehni işlə məşğul olanlar üçün mükəmməl seçimdir.
 


4. Tesla rejimi
 
Gecə 2 saat yuxu və sonra günün ortasında 20 dəqiqə yuxu. Hesab
edilir ki, bu rejimdən Nikola Tesla istifadə edib və polifaz yuxunun bu
rejimi də məhz onun şərəfinə adlandırılıb.
 


5. Siesta rejimi
 
Gecə 5 saat ərzində yuxu və sonra gün ərzində birdəfəyə 1,5 saat yuxu.
 
Polifaz yuxunun bu rejimlərindən birindən istifadə etməklə siz
gününüzü yorğunluq olmadan başa vura və eyni zamanda da uzada
bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!