Göygöl haqqında

Göygöl haqqında
Maraqlı məlumatlar
10.09.2017 21
İnzibati mərkəzi Göygöl şəhəridir.

Tarixi
Göygöl şəhəri 1819-cu il aprelin 22-də alman kolonistləri tərəfindən
Yelenendorf (alm. Helenendorf) adı altında salınıb. Bu icma Azərbaycan
ərazisində o dövr üçün ilk böyük yerli olmayan milli icma idi. Tarixi
mənbələrlərdən məlumdur ki, burada 1821-ci ildə ilk dəfə olaraq İsveçrə
missionerlərinin köməyi ilə Sinod çağırılmış və bütün alman icmaları
üçün Zaqafqaziyanın birinci Ümümkilsə nizamnəməsi qəbul edilmişdir.

1836-ci ildə Yelenendorfda yaşayan sakinlər sırasında 8 nəfər pinəçi, 8
dənizçi, 4 dülgər, 4 dərzi, 7 furqon ustası və s. var idi. Bu dövrün
keyfiyyət və əmək mədəniyyəti göstəricilərinə əsasən maraqlı
təsərrüfatlardan da bəlli etmək mümkündür. Belə ki, Yelendorfda kolonist
Qotlob Koxun rəngsaz emalatxanası yarandıqdan 20 il sonra o, artıq
bütün Yelizavetpolun quberniya mərkəzində şöhrət qazanmışdır. Bundan
əlavə, Qafqazın bütün sənətkarları icmanın furqon ustalarının yanına
axışırdılar. 1869-cu il aprelin 22-də koloniya özünün yaradılmasının 50
illiyini təntənə ilə qeyd etdi. Bu illər ərzində kənd çox sürətlə
inkişaf edib dəyişmişdir. 1821–ci ildə köçkünlərin dini xadimi Yahhan
Yakob Krans ilk dini ibadətxana açmağa cəhd göstərdi və 1834–cü ildə
buna nail oldu. 1842–ci ildə ilk məktəb də tikildi. Bir neçə il sonra
1854–cü il aprelin 24-də Müqəddəs Yohann kilsəsinin təməl daşı qoyuldu.
Eyni zamanda, uşaq bağçası və 1890–cı il noyabrın 22–də Yelenendorf peşə
məktəbi yaradıldı. 1893–cü ildən etibarən Yelenendorfda ictimai
yığıncaqlar keçirilməyə başlamışdır. Bu yığıncaqlarda koloniyanın
problemlərinə toxunulur və onların həlli yolları axtarılırdı. 1890–cı
illərin üstün cəhətlərindən biri də icmanın iqtisadiyyatında yüksəlişin
qeydiyyata alınması idi. Öz üstünlüyü ilə fərqlənən başlıca məşğuliyyət
sahələri: şərabçılıq, iri sənaye və texnika yenilikləri idi. 1911–ci
ildə Yelenendorfda 1054 bina vardır ki, bunun da 415–i yaşayış evi idi.
Bu isə onu göstərirdi ki, Yelenendorfda tikinti sənayesi də yüksək
sürətlə inkişaf edirdi. Artıq koloniyada ağac evlərin qalmaması da buna
əyani sübut idi. Tikintinin tempinə gəlincə, 2 il ərzində (1911–1913–cü
illər) burada daha 15 xüsusi mülk tikilmişdir ki, bu da kəndin həyatını
mədəni şəhər qəsəbəsi üslubuna daha çox bənzədirdi. 1900–cü illərin
əvvəllərində burada şərab istehsalı və xarici ticarət çox güclü inkişaf
etməyə başlamışdır. Artıq 70–ci illərdə hər bir ailə ildə 1000–1500
vedrə şərab istehsal edirdi və hər bir evin altında, zirzəmidə böyük
şərab çəlləkləri yerləşirdi. 1914–cü ildə Forer və Hummel qardaşlarının
Şərab firmalarının bir illik gəliri bir milyon manat təşkil edirdi.
1912–ci ildə Yelenendorfda Forer qardaşları dəyirman da tikdirmişdirlər.
Şərabçılıqdan sonra burada ikinci əsas rol faytonçuluğa məxsus idi.
1877-1878–ci illərdə Türkiyə ilə başlanan müharibə faytonçuluğun sürətlə
inkişafına təkan vermişdir. Bütün bu sadalananlar Yelenendorfun XIX əsr
həyatını əks etdirən məqamlardır.

1896-cı ildən etibarən isə ermənilər Göygöl ərazisində məskunlaşmağa
başlayıblar. Qarabağ münaqişəsi başlayan kimi isə dərhal buradakı
ermənilər Göygölün qədim erməni torpağı olduğunu iddia edərək bu
ərazilərin Qarabağ ilə birlikdə Ermənistana verilməsini tələb ediblər.
1989-cu ildən etibarən burada yaşayan ermənilər qonşu azərbaycanlı
kəndlərinə qarşı quldur hücumları etməyə başladılar. Belə vəziyyət 2 il
davam etdi. 1991-ci ilin aprel-may aylarında keçirilən Çaykənd
əməliyyatı nəticəsində buradakı bütün qeyri-qanuni silahlı birləşmələr
ləğv olundu.

Rayon kimi Göygöl 1930-cu ildə yaradılıb. 1938-ci ilə qədər Nərimanov
rayonu olub. 1938-ci ildə rayon Xanlar Səfərəliyevin şərəfinə Xanlar
rayonu, Yelenendorf qəsəbəsi isə rayonun mərkəzi Xanlar şəhəri
adlandırılmışdır. 2008-ci il aprel ayının 25-də Milli Məclis rayonun
Göygöl adlandırılması haqda qərar qəbul etmişdir.

Relyefi
Göygöl rayonu Azərbaycanın qərbində, Gəncə şəhərinin cənubunda, dağətəyi
ərazidə, Kiçik Qafqaz sıra dağlarının ətəyində yerləşir. Rayonun ən
yüksək zirvəsi Murovdağ silsiləsində Gamışdağdır. Onun hündürlüyü 3724
m-dir. Göygöl rayonu Gəncə dəmir yol stansiyasından 15 km cənubunda
yerləşir. Bakı-Qazax dəmir yolu və magistralı Göygöldən keçir. Rayon
ərazisində 15802 hektar meşə sahəsi olmaqla Kəpəz dağı, Göy-göl,
Maral-göl, Zəli-göl, Ayna-göl rayon ərazisində yerləşir və Quşqara,
Gəncə və Kürək çayları rayon ərazisindən keçir.

İqlimi
İqlim mülayim-istidir.
İri yaşayış məntəqələri

Göygöl şəhəri, Xanlar qəsəbəsi, Əzizbəyov qəsəbəsi, Gəncə qəsəbəsi,
Murovdağ qəsəbəsi, Ağsu, Almədətli, Aşıqlı, Balçılı, Bəhrambəy,
Cümşüdlü, Çaykənd, Çaylı, Çiçəkli, Danayeri, Dərələyəz, Dozular, Əzgili,
Firuzabad, Göyçəkənd, Gürzalılar, Haçaqaya, Xasabağ, Xəqani, Kərəmli,
Köşkü, Qarabulaq, Qırıxlı, Qızılca, Qızılca stansiyası, Quşqara,
Mollacəlilli, Mixaylovka, Nadel, Sarısu, Səhriyar, Pənahlılar, Sərkarlı,
Səmədli, Tülallar, Topalhəsənli, Toğana, Üçtəpə, Yalqışlaq, Yeni
Qızılca, Yeni Zod, Zurqes

İqtisadi xarakteristikası
Rayonun əsas təsərrüfat fəaliyyətləri taxılçılıq, kartofçuluq,
maldarlıq, qoyunçuluq, meyvəçilik, tərəvəzçilik, arıçılıq, quşçuluq və
üzümçülük təşkil edir. Orta hesabla ildə 18249 ton taxıl, 8983 ton
kartof, 4981 ton tərəvəz, 1558 ton meyvə və gilə meyvə, 2474 ton ət,
20324 ton süd, 277 ton yun, 9521000 ədəd yumurta istehsal olunur. [3]
Rayonun iqtisadiyyatında üzümçülük və heyvandarlıq mühüm yer tutur.
Mədən sənayesi, çınqıl zavodları, istehsalat və məişət xidməti
kombinatları, şərab zavodu və başqa sənaye müəssisələri var.

Rayonda 264 şəxsi müəssisə, bundan 14 kooperativ, 63 MMC, 131 kiçik
müəssisə, 56 kəndli fermer təsərrüfatı, 16 dövlət müəssisəsi fəaliyyət
göstərir. Dövlət müəssisələri

Çaykənd qızılbalıq artırma zavodu – qızılbalıq körpəsi yetişdirilir.
Camışçılıq üzrə Dövlət Damazlıq Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi – damazlıq camış saxlanılır.
Ətlik maldarlıq üzrə Dövlət Damazlıq Kənd Təsərrüfatı İstehsalı
Müəssisəsi – Hallavey və Zebu cinsindən olan iri buynuzlu mal qara
saxlanılır.
Taxıl toxumçuluğu üzrə Bağmanlar Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi – taxıl toxumu istehsal olunur.
Qızılca qırma daş zavodu – qırma daş istehsal olunur
Şəxsi müəssisə və Səhmdar Cəmiyyətlər.
"Aqrosənaye" ASC İstehsal gücü saatda 6000 ədəd butulka olan araq süzmə,
istehsal gücü saatda 3000 ədəd butulka olan şərab süzmə, istehsal gücü
sutkada 500 dekalitr olan konyak spirti, şampan şərabı sexləri, ümumi
sahəsi 3000 m² olan zirzəmiləri vardır. Xammal mənbəyi olan 352 hektar
üzüm bağı salınmışdır.
"Azəraqroinvest" MMC – 295 hektar üzüm bağı vardır.
Səmədoğlu şirkəti – 300 baş damazlıq üçün iribuynuzlu mal qara saxlanılır.
ASR şirkəti – Makoron, toyuq əti, yumurta, mineral su, limanad və lambrin istehsal olunur.
Fəhralı sahibkar müəssisəsi – mineral süfrə suyu və limonad istehsal olunur.
Maddi-mədəni irsi

Göygöl rayonu füsunkar təbiəti ilə yanaşı, tarix və mədəniyyət abidələri
ilə də zəngindir. Rayon ərazisində XII, XIV, XVI və XIX əsrlərə aid 31
yerli əhəmiyyətli tarixi və memarlıq incəsənət abidələri mövcuddur,
bunlardan 8-i kurqan, nekropol və açıq düşərgə, digərləri isə bina və
körpülərdir. Xanlar şəhərində 1854-cü ildə tikilmiş "Lüteran" adlanan
alman kilsəsi, XVI əsrə aid iki gözlü körpü, 1896-cı ildə tikilmiş üç
gözlü körpü, XII əsrə aid Ağ körpü, XIX əsrdə almanlar tərəfindən
tikilmiş 9 memarlıq incəsənət abidələri, Zurnabad kəndində XII əsrə aid
Qala, keçmiş Sarıqaya kəndində XVI əsrə aid Türbə, Dozular kəndində XVI
əsrə aid bir gözlü körpü, Topalhəsənli kəndində taixi məlum olmayan iki
tağlı daş körpü, Şəhriyar kəndində 1674-cü ildə tikilmiş Qabriyel
kilsəsi, Çaykənd kəndində taixi məlum olmayan Anahid məbədi və Müqəddəs
Məryəm kilsəsi, Yeni-Zod kəndindən 300 m məsafədə Alban kilsəsi, 3 km
məsafədə Alban məbədi, Üçbulaq və Balçılı kəndlərinin frazisində taixi
məlum olmayan "Qız-qalası", Köşkü kəndində dəmir dövrünə aid kurqan,
Quşqara və Balçılı kəndlərinin ərazisində Tunc dövrünün axırı, Dəmir
dövrünün əvvəlinə aid qəbrlər vardır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!